Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin məzarı ziyarət olundu

Azərbaycan xalqının şanlı qələbə qazandığı Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən yenidənqurma və abadlıq işləri zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanır. Aparılmış araşdırmalar zamanı Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer və kimliyi müəyyən edilən şəhid Nəzafəti Arif Həmdulla oğlunun əziz xatirəsi şəhidin ailə üzvlərinin, Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayon bələdiyyəsinin, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı ilə dərin hörmət və ehtiramla yad edilmişdir.

Qeyd edək ki, 12.02.1994-cü il tarixində Kəlbəcər rayonunda gedən döyüşlər zamanı itkin düşmüş şəhid Nəzafəti Arif Həmdulla oğlu 30.02.1994-cü ildən itkin düşmüş şəxs kimi hesab edilirdi.Bu günlərdə naməlum şəhid kimi dəfn olunmuş Nəzafəti Arif Həmdulla oğlunun dəfn olunduğu yer aşkarlanıb və kimliyi müəyyən edilib.Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən şəhidin qəbrinin üstü yenidən götürülmüş və qara mərmərdən baş daşı qoyulmuşdur.

Şəhidin əziz xatirəsinə hörmət əlaməti olaraq, şəhidin ailə üzvlərinin, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, rayon bələdiyyəsinin, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı ilə şəhidin məzarı ziyarət olunmuş və RİH adından əklil və məzarı üzərinə gül-çiçəklər düzülmüşdür.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən qədim ziyarətgahlardan hesab edilən İmamzadə türbəsində şəhidimizin xatirəsinə dualar oxunmuş, şəhidimizin ailə üzvlərinə müqəddəs Quran kitabı hədiyyə edilmiş və daha sonra isə ehsan süfrəsi təşkil olunmuşdur.

Tədbirin sonunda şəhidin həyat yoldaşı Hüseynova Sanura Hacıağa qızı və oğlu Nəzafati Pərviz Arif oğlu çıxış edərək ailələrinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Poliqon.info

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar