Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir qrup fəhlə pul tələbi ilə “Azərsu”nun qarşısına toplaşdı

“Azərsu” ASC-nin podratçı şirkətlərindən birinin əməkdaşları ötən gün ASC-nin binası qarşısında etiraz aksiyası keçiriblər

Onlar aylardır yığılıb qalan əmək haqlarının verilməməsinə etiraz edirlər.

Etirazçılara sayğac quraşdırdıqlarına görə vəd olunan ödəniş iki aydır ki, verilməyib. Onların sözlərinə görə, rəhbərlik hər gün get-gələ salaraq işçilərə çatan məbləği verməkdən imtina edir: “Deyəndə pulumuzu verin, deyirlər ki, gedin Qorxmaz müəllimdən (“Azərsu” ASC-nin sədri) alın. Biz də ona görə bura gəlib pulumuzu istəyirik. Ac nə vaxta qədər dolanmalıyıq? Danışmışıq ki, bir sayğaca görə 20 manatdan pul verilsin. İndi pulumuzu vermirlər, bəzi işçilərə də deyiblər ki, sayğacın birinə 7-10 manat verək. Bizə söz verdikləri pulu versinlər, başqa heç nə istəmirik”, - deyə işçilərdən biri bildirir.

Onların sözlərinə görə, artıq işə gəlməyə yol pulu tapmırlar. Təxminən 40 nəfərə yaxın işçi isə avtobusa ödəniş etməyə 30 qəpik tapmadığından aksiyaya qoşulmayıb.

Problemlə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. ASC rəsmisi virtualaz.org-a açıqlamasında artıq həmin işçilərin rəhbərlik tərəfindən qəbul oldunduğunu və problemlərinin həll olunacağını dedi: “Həmin şirkət “Azərsu” ASC-nin podratçı şirkətidir. Etirazçılar artıq vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heydər Abbasov qəbulunda olublar. Onlara ödənilməyən bütün məbləğ bu gün və sabah ödəniləcək. Heç bir problem yoxdur”.(Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - Video

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Ən çox oxunanalar