Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir-birimizin tranzit imkanlarından istifadə iqtisadi və siyasi nöqteyi-nəzərdən çox səmərəli olacaq”

Avqustun 12-də Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev görüşdə çıxış edərək dedi:

- Sizin Aktauya gəlişinizlə bağlı sevincimizi bildiririk. İndi dəniz vasitəsilə biz çox yaxın olduq.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəsində nəqliyyat sahəsində görülən işlərdən danışaraq Kurık və Lyanyunqan limanlarının açıldığını bildirdi, Asiyadan Avropaya yüklərin tranziti ilə bağlı AzərbaycanQazaxıstan arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayaraq bildirdi:

- Bugünkü görüş və nəhayət, bu Konvensiyanın imzalanması çox mühüm hadisədir. Xatırlayıram ki, Heydər Əliyev bunun üzərində çox güclü işləyib. Mən demişəm. Mən düşünürəm ki, indi o, bizim nəhayət, bu Konvensiyanı imzalamağımıza, bu çox mühüm məsələni həll etdiyimizə görə çox şad olardı. Mən Sizə böyük uğurlar arzulayıram.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

- Çox sağ olun hörmətli Nursultan Abişoviç. Qardaş Qazaxıstan torpağında yenidən olmağımdan çox şadam. Mən birinci dəfə deyil ki, Aktaudayam və ilk növbədə, Sizi böyük nailiyyətlər, dəyişikliklər münasibətilə təbrik etmək istərdim. Şəhər dəyişib, müasirdir, xeyli müasir binalar var, infrastruktur, aeroport. Belə ki, bu, Qazaxıstanın və Qazaxıstan regionlarının dinamik inkişafının göstəricisidir. Əlbəttə ki, bu region həm coğrafi, həm tarixi, həm də Sizin burada həyata keçirdiyiniz infrastruktur layihələri baxımından bizim üçün çox yaxındır. Kurık limanının açılışı münasibətilə təbriklərimi çatdırıram. Əlbəttə ki, bunlar bizə daha sıx inteqrasiya etməyə imkan yaradacaq. Siz bilirsiniz ki, biz may ayında Ələt limanını açdıq. Yəni, bütöv nəqliyyat inteqrasiyası baş verib. Əlbəttə ki, bir-birimizin tranzit imkanlarından istifadə iqtisadi və siyasi nöqteyi-nəzərdən çox səmərəli olacaq. Xəzər çox mühüm nəqliyyat arteriyasına çevrilib və əlbəttə ki, bu gün Konvensiyanın imzalanması tarixi xarakterli sənəddir.

Bir çox mürəkkəb məsələlər üzrə konsensusun əldə edilməsində Sizin rolunuzu xüsusi qeyd etmək istərdim. Əlbəttə ki, Xəzərin bundan sonra da regionda sabitləşdirici rol oynaması üçün biz Konvensiyanın bütün müddəalarının yerinə yetirilməsinə səy göstərəcəyik. Bizim ikitərəfli münasibətlərimizə gəlincə, onlar çox dinamik inkişaf edir. Biz Sizin ötənilki səfərinizi xatırlayırıq. Nəticələr yaxşıdır, fəal əməkdaşlığın davam etdirilməsinə ümid edirik.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar