Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Binəqədidə baş verən qətllə bağlı cinayət işi başlandı - İki maddə ilə

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində baş verən güllələnmə ilə bağlı iki maddə ilə cinayət işi başlanıb

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, iyunun 7-də Bakının Binəqədi rayonunda “BMW X-5” markalı, 10 VT 117 dövlət nömrə nişanlı avtomobildə olan naməlum şəxslər eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı 99 LG 085 dövlət nömrə nişanlı avtomobilin qarşısını kəsərək avtomobildə olan şəxslərə odlu silahdan atəş açıb.

Nəticədə avtomobildə olan Mubariz Budaqli baş nahiyəsindən iki güllə yarası alaraq hadisə yerində dünyasını dəyişib, avtomobilin sürücüsü Qədirov Nazim Rasim oğlu isə yaralı vəziyyətdə hadisə yerindən uzaqlaşa bilib.

Hadisəni törədən şəxslər “BMW X-5” markalı 10 VT 117 dövlət nömrə nişanlı avtomobillə qaçmağa cəhd etsələr də, bu, mümkün olmayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətmiş şəxslərdən ikisi – Hüseynov Vüsal Oruc oğlu və Cəlalov Taleh İbrahim oğlu şübhəli şəxs qismində tutulub, həmçinin T.Cəlalovdan insident zamanı istifadə olunan tüfəng maddi sübut kimi götürülüb. (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Azərbaycan bayrağı Dövlət bayrağı meydanına qaytarılıb

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay