Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bəşiri tanıyanlar bilir ki, ölkəni məhv edər, amma hakimiyyəti verməz...”

“Sudanın paytaxtı Xartumda rusdilli muzdlular görünüb və bu da Qərbdə narahatlıq yaradıb ki, Kreml bu ölkənin avtoritar rejiminin başçısı Ömər əl-Bəşirin hakimiyyətini möhkəmləndirmək üçün səylər göstərir” - “The Times” qəzeti

Xartumda rusdilli muzdlulara dair məlumat və fotoşəkillər Sudanda güclü anti-hökumət nümayişlərinin başladığı bir vaxtda yayılıb. Qəzet yazır ki, Ömər əl-Bəşir 30 il əvvəl hakimiyyəti ələ keçirəndən bu yana ən ciddi təhdidlə üzləşib.

Müxalifətdəki mənbələrin bildirdiyinə görə, Rusiyanın özəl hərbi şirkətinin, yaxud “Vaqnerin ordusu”nun muzdlular hazırda Sudanda fəallaşıblar. Onlar kəşfiyyat və təhlükəsizlik qüvvələrinə strateji və praktiki təlimlər keçirlər.

Qonşu Mərkəzi Afrika Respublikasında “Vaqnerin ordusu”nun muzdlularının yerləşdirildiyi artıq məlumdur. 

Ötən ilin iyul ayında onların fəaliyyətini araşdırmaq üçün gedən üç rusiyalı jurnalist, o cümlədən Orxan Camal öldürülüb.

İndi isə vaqnerçiləri Sudanda görüblər. Yayılmış fotoşəkillərə əsasən Xartumdakı antihökumət nümayişlərini izləyən və yük maşınlarında harasa gedən onlarla hərbi geyimli ağdərili görünür.

Rusiya iki dəfə Ömər əl-Bəşiri qəbul edib və Sudan prezidenti Kremlin Afrikada təsirini genişləndirmək ambisiyalarına kömək etməyə razılaşıb. Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən soyqırıma görə qiyabi məhkum edilən və beynəlxalq axtarışa verilən Bəşirin güclü müttəfiqlərə ehtiyacı var. Çünki o getdikcə daha çox təcrid olunur. Təsadüfi deyil ki, ötən ay Sudan prezidenti Suriya diktatoru Bəşər Əsədlə görüşüb. Beynəlxalq mətbuat bu görüşü “soyqırım sammiti” adlandırmışdı.

Qəzetin yazdığına görə, belə şübhələr var ki, Sudan lideri də Bəşər Əsəd kimi hakimiyyətdən getməkdənsə və Beynəlxalq Cinayət Məhkəməsinə təslim olmaqdansa, ölkəsini vətəndaş müharibəsinə sürükləməyi daha üstün tutur.

“Bəşiri tanıyan hər kəs bilir ki, o heç vaxt döyüşsüz təslim olmaz. Əgər prosesdə ona ölkəni məhv etmək lazım gələcəkdə belə də edəcək. Onun getməyə yeri, itirməyə heç nəyi yoxdur” - adının çəkilməsini istəməyən analitiklər “The Times” qəzetinə belə deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar