Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəşir getdi, yenə 1 milyon adam küçələrə çıxdı

Təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə etməyib

Sudanın paytaxtı Xartumda ötən gün 1 milyondan yuxarı insan Silahlı Qüvvələrin Baş qərbargahı qarşısına toplaşaraq diktator Ömər əl-Bəşiri devirmiş generalları hakimiyyəti mülki hökumətə təhvil verməyə çağırıb.

Virtualaz.org beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, bu aksiya ölkənin həmkarlar Assosiasiyasının çağırışı ilə baş tutub. Assosiasiya ölkədə etirazları təşkil edən “Dəyişiklik və azadlıq naminə birlik” hərəkatına daxildir.

Nümayişçilər hələ səhər saatlarından Baş qərargah qarşısındakı meydana toplaşmağa başlayıblar. Axşam saatlarında, yandırıcı istilər səngiyəndə isə meydana toplaşanların sayı yerli KİV-lərin məlumatlarına əsasən 1 milyonu keçib. Toplaşanlar özlərini dinc, sakit aparıblar, heç bir aqressiya nümayiş etdirməyiblər. Təhlükəsizlik qüvvələri də aksiyaya müdaxilə etməyib.

Xatırladaq ki, aprelin 11-də üç aydan çox davam edən etirazların ardınca Sudan ordusu Ömər əl-Bəşiri devirib, onu və hökumətinin üzvlərini həbs edib. Ölkədə keçid dövrü üçün Hərbi Şura yaradılıb. Lakin Bəşiri devirən müdafiə naziri Avad bin Auf iki gün sonra özü də Hərbi Şura rəhbərliyindən istefa verib.

Etirazlar isə dayanmayıb, sudanlılar orduya Bəşiri devirdiyi üçün minnətdarlıq etsə də generalları hakimiyyəti tezliklə mülki hökumətə verməyə çağırır. Hərbi Şura isə 1-2 illik keçid dövrünün olmasını istəyir. Həmkarlar Assosiasiyası Hərbi Şuraya təklif verib ki, generallardan və siyasi qüvvələrin nümayəndələrindən ibarət 9 nəfərlik prezident Şurası yaradılsın, həmin orqan keçid dövründə ölkəni idarə etsin. Ordu rəhbərliyi bu təkliflə bağlı danışıqlara hazırdır.

Sudanın hazırkı müvəqqəti hərbi şurasının başçısı, general-leytenant Əbdül Fəttah Burhan tam mülki bir hökumət qurmağı vəd edib.

Lakin təhlilçilərə görə, hər hansı bir mülki hökumətə keçid Birləşmiş Ştatlar və digər dövlətlərlə güclü diplomatiya tələb edir. Sudanlılar terrora sponsorluq edən dövlət adının götürülməsini istəyirlər və bu, yalnız təhlükəsilik elementi olaraq deyil, onlar artıq terrorçuluğu dəstəkləməyəcəklərini, borc yükündən qurtuluşu tələb edir. Hökumətin qurulmasından sonra bu məsələ masa üzərində olacaq. Bu isə ABŞ-ın iştirakını tələb edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Daxildə istirahət xaricdən niyə bahadır? - Video

Ən çox oxunanalar