Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərpa mərkəzlərində 10 457 nəfərə reabilitasiya xidmətləri göstərilib

2019-cu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində 10457 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa reabilitasiya xidmətləri göstərilib...

Nazirlikdən verilən məlumata görə, onlardan 8101-i stasionar, qalanları isə ambulator şəraitdə bərpa xidmətləri ilə təmin ediliblər. Həmin insanların sağlamlıqlarının bərpası üçün fizioterapevtik müalicə prosedurları əsasında kompleks reabilitasiya işləri aparılıb.

Qeyd edək ki, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması istiqamətində ötən il mühüm işlər aparılıb. 2019-cu ilin noyabr ayında nazirliyin Yevlax və Naftalan şəhərlərindəki Əlilliyi olan şəxslərin Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, dekabr ayında isə Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Hazırda Nazirliyin Şağan Əlilliyi olan şəxslərin Müalicə Pansionatında, eləcə də, Sumqayıt, Şəki, Şirvan, LənkəranXaçmaz şəhərlərindəki Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Ən çox oxunanalar