Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür

Qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəldi...

Prezident İlham ƏliyevRəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər. Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Çünki hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Eyni zamanda cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyırdı.

Bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Türkiyə şirkətləri qısa müddət ərzində Qarabağra böyük işlər görürlər. Qarabağı və Şərqi Zəngəzuru tam bərpası üçün həm Azərbaycan, həm də Türkiyə daha böyük işlər görəcəklər.

Ərdoğan Cəbrayıl şəhərində mətbuata açıqlamasında “Naxçıvanı Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur” dedi. Aydın məsələdir ki, Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı qorxu və narahatlıq keçirən “bəzi dairələr“ deyərkən konkret olaraq İranı nəzərdə tutdu. Bu fikri ilə Türkiyə bir daha həm Azərbaycana dəstəyini ifadə etdi, həm də İrana son mesajını çatdırdı.

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxdı. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Hər iki bayraq bir yerdə dalğalanmağa da davam edəcək.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü

pia.az 


Etiket: Zəngilan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar