Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində "Mercedes" və "VAZ-21015" markalı avtomobillər toqquşub...
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 7-də saat 17 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində şəhər sakini İ.Dünyamalıyevin idarə etdiyi "Mercedes" və Ağdam rayon sakini Müşfiq Abdullayevin idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə M.Abdullayev hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
pia.az