Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belqrad Kosovoya silah verilməsindən narahatdır - Səfirə nota təqdim edildi...

Belqrad Kosovoya türk silahlarının verilməsindən narahatdır. Bunula bağlı Türkiyənin Serbiyadakı səfirinə etiraz notası təqdim edilib...

Poliqon xəbər verir ki, bu barədə Serbiyanın RTS telekanalının efirində Serbiyanın Müdafiə Nazirliyinin katibi Nemanya Staroviç məlumat verib.

“Türkiyə Priştinanı aktiv şəkildə silahlandırır və bu, risklərin səviyyəsini artırır”, deyə Staroviç bildirib.

Rəsminin sözlərinə görə, Serbiya kəşfiyyat xidmətləri Türkiyənin Priştinanı pilotsuz təyyarələr, tank əleyhinə sistemlər, minaatanlar və digər silah növləri ilə təmin etdiyi barədə məlumatlara malikdir, lakin bu, Kosovo ilə bağlı bir sıra beynəlxalq sənədlərə ziddir.

“Serbiya Türkiyənin Belqraddakı səfirinə etiraz notası təqdim edib. Biz əlimizdə olan bütün kanallardan istifadə edərək Türkiyəni Ankaranın bu addımlarının bizim üçün qəbuledilməz olduğu və bizi narahat etdiyi barədə xəbərdar edirik”, deyə Staroviç qeyd edib.

Staroviç xatırladıb ki, türk pilotsuz təyyarələri bu yaxınlarda Kosovo kabinetinin rəhbəri Albin Kurti tərəfindən ictimaiyyətə təqdim edilib, ona görə də indi hamı bundan xəbərdardır:

“Amma təəssüf ki, söhbət təkcə “Bayraktar” pilotsuz təyyarələrindən deyil, həm də çox mürəkkəb OMTAS tank əleyhinə sistemlərdən, minaatanlardan, qumbaraatanlardan və digər silahlardan gedir. Bu, ilk növbədə, Kosovoda yaşayan serb əhali və bütövlükdə bütün Serbiya üçün risk və təhdidlərin səviyyəsini artırır”.

Xatırladaq ki, türklər Priştinada hərbiləşdirilmiş Kosovo Təhlükəsizlik Qüvvələrinə (KSF) pilotsuz təyyarələr tədarük etmək qərarına gəldikdən sonra Serbiya hakimiyyəti Türkiyədən "Bayraktar" PUA almaqdan imtina etmişdi.

Bir neçə əvvəl Kosovonun baş naziri Albin Kurti sosial şəbəkədə Priştinanın Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrini aldığını açıqlamışdı. O, alınan PUA-ların fotolarını da dərc edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar