Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarusda siyasi məhbusların yaxınlarının kütləvi həbsləri baş verib

Yanvarın 23-də DTK əməkdaşları Belarusun bütün ərazisində keçmiş siyasi məhbuslar və siyasi ittihamlarla məhkum olunmuş şəxslərin yaxınları üzərində kütləvi axtarışlar aparıblar...

Poliqon xəbər verir ki. bu barədə Belarusun hüquq müdafiəçiləri məlumat yayıb.

Hüquq müdafiəçilərinin sözlərinə görə, onlar bu gün axtarışda olan və ya saxlanılan ən azı 73 nəfərin adını bilirlər. Qeyd olunur ki, bəzi hallarda insanlar bütöv bir ailə kimi saxlanılıb. Saxlanılanlar arasında siyasi məhbus və prezidentliyə keçmiş namizəd Nikolay Statkeviçin həyat yoldaşı Marina Adamoviç və 76 yaşlı Vitebsk fəalı Boris Xamaida da var.

“Zerkalo” nəşrinin mənbəsi bildirib ki, yanvarın 23-də axtarışa verilənlər arasında siyasi məhbusların yaxınlarının gündəlik məsələləri müzakirə etdiyi qapalı söhbətlərdən birində olanlar da olub. Nəşrin mənbələrinin sözlərinə görə, DTK əməkdaşlarını xüsusilə BYSOL yardımı ilə bağlı çatda yazanlar maraqlandırıb.

Axtarış əmrlərinə “ekstremist fəaliyyəti maliyyələşdirmə” və “ekstremist qruplarda iştirak” ilə bağlı cinayət maddələri daxil edilib. “Viasna” və “Zerkalo” nəşrlərinin məlumatına görə, saxlanılanlardan bəzilərinə birbaşa DTK əməkdaşları bildiriblər ki, axtarışlar INeedHelpBY təşəbbüsü ilə bağlıdır.

Qeyd edilir ki. bu layihə siyasi repressiyalardan əziyyət çəkən və çətin maliyyə vəziyyətində olan belaruslara ərzaq təminatında kömək edir. Yanvarın 16-da DTK bu təşəbbüsü “ekstremist birləşmə” elan edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Ən çox oxunanalar