Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus müxalifəti itaətsizlik aksiyası keçirir

“Report” "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu Belarus müxalifətinin yaratdığı Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Pavel Latuşko bildirib..

Onun sözlərinə görə, seçkidə səslərin 80 faizindən çoxunu topladığını iddia edən Aleksandr Lukaşenko prezident kimi andiçmə mərasimində xüsusi əməliyyat keçirib.

Latuşko bildirib ki, Aleksandr Lukaşenko Belarus küçələrində xüsusi təyinatlı milis dəstələrini silahlandırır: “İndi o, bizdən, Belarus vətəndaşlarından ötrü heç kimdir. Biz seçkinin nəticəsi ilə heç vaxt razılaşmayacağıq və yeni seçkinin keçirilməsini tələb edirik”.

Prezidentliyə namizəd olmuş müxalifət lideri Svetlana Tixanovskaya Belarusun dövlət orqanlarının əməkdaşlarına müraciət edərək istefa verməyin vaxtının çatdığını vurğulayıb: “Legitim olmayan hakimiyyətlə bir yerdə işləmək cinayətdir. İstefa verəcəyiniz halda gələcəkdə iş stajınız saxlanılacaq, tutduğunuz vəzifəyə bərpa olunacaqsınız. Sosial müdafiəniz təmin olunacaq”.

Məlumata görə, işini itirən əməkdaşlar “Belarus Solidarity Foundation” təşkilatına müraciət edərək 1 500 avro məbləğində ödəniş ala bilər.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkisinin qalibi Aleksandr Lukaşenko elan edilib. Həmin tarixdən Belarus müxalifəti və vətəndaşları yeni seçkinin keçirilməsi tələbilə etiraz aksiyası keçirir. Sentyabrın 23-də isə Lukaşenko 6-cı dəfə seçilən prezident kimi and içib.

Belarusda koronavirusdan ölənlərin sayı 800-ə çatır

pia.az


Etiket: Belarus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar