Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BƏƏ İrandan Fars körfəzindəki adalarının işğalına son qoymasını tələb edir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan Fars körfəzindəki Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir...

Bunu BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Həşimi bildirib.

“BƏƏ bu tribunadan bir daha İrandan əmirliyə məxsus üç ada olan Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarının işğalına son qoymasını tələb edir. Bu problem nə qədər mövcud olsa da, bizim bu adalara qanuni hüququmuz davam edəcək və zaman onlar üzərində suverenliyimizi ləğv etməyəcək”, - deyə o, BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ümumi siyasi debatlarda çıxışı zamanı bildirib.

BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri qeyd edib ki, Əbu-Dabi bu problemi ya Tehranla birbaşa danışıqlar, ya da BMT-nin Beynəlxalq Məhkəməsi vasitəsilə həll edəcək.

Böyük Tomb, Kiçik Tunb və Əbu Musa adaları Fars körfəzinin strateji əhəmiyyətli bölgəsində yerləşir. Onların kimə məxsus olması barədə BƏƏ və İran mübahisə aparır. İyulun 17-də İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Çafi bildirib ki, Tehran bu adaları öz ərazisi hesab etdiyi üçün onların statusunu müzakirə etmək niyyətində deyil. Avqustun əvvəlində İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit bölmələri) tərkibində dəniz qüvvələri mübahisəli adaların ərazisində təlimlər keçirib.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ən çox oxunanalar