Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baytar dünyanın ən vacib simasına çevrilib - O, kimə nə qədər vaksinin verilməsini müəyyən edir...

Bütün ölkə rəhbərləri birbaşa onunla əlaqə saxlamağa çalışırlar...

Financial Times Pfizer barədə maraqlı məqalə hazırlayıb. Məqaləyə görə, “Pfizer”in baş direktoru Albert Burla (Yunanıstanda anadan olub və ixtisasca baytardır) dünyada ən vacib şəxslərdən birinə çevrilib. Kimə və nə qədər vaksinin verilməsini bir çox hallarda şəxsi söhbətlərdə müəyyən edir. Nəticədə bütün ölkə rəhbərləri birbaşa onunla əlaqə saxlamağa çalışırlar. Amma inkişaf etmiş ölkə rəhbərləri ilə problemsiz əlaqə saxladığı vaxt, kasıb ölkə rəhbərlərinin zənglərinə cavab vermir. Hər bir halda hətta rəqiblərdən baha satmasına baxmayaraq, “Pfizer” dünya bazarının əsas hissəsini tutmağa müvəffəq oldu. Digərləri miqyas cəhətindən problemlər ilə qarşılaşdığı halda, “Pfizer” əksinə bunu problemsiz etməyə müvəffəq oldu. Hətta daşıma və saxlama problemlərinin olduğunu nəzərə alaraq, yeni istehsal sahələri də açdı (özü soyuducu və buz istehsal edir).

Başqa sözlə, “Pfizer” müəyyən mənada kapitalistlər üçün “nümunə” ola bilər: böhran vaxtı dünya əczaçılıq bazarının əsas hissəsini tutmaq. Eyni zamanda təklif etdiyi məhsul ucuz deyil və hətta daşımada çətinlikləri var. Yeri gəlmişkən, məlumata görə, “Pfizer” vaksinin idxalı üçün şirkətin inspektorları (Almaniya, Türkiyə və Çindən başqa digər ölkələr üçün şərtlər eynidir) ölkəyə gəlib, vəziyyəti (yəni şirkətin tələb etdiyi şərtlər) yoxlamalıdırlar. Əks halda vaksinin gətirilməsinə icazə verməyəcəklər. Bununla bağlı hətta Covax program nümayəndələri də şikayət edir.

Yeri gəlmişkən, baş nazir Əli Əsədovun sözlərinə görə, bu günə qədər Azərbaycan vaksinasiyaya 433 milyon manat və ya 254 milyon dollar ayırıb. Bunun hansı hissəsi vaksinların alınmasına gedib - demək çətindir. Amma rəsmi məlumata görə, oktyabrın əvvəlinə ölkəyə 318 min doza Pfizer gətirilmişdi. Əgər bu vaksin köhnə qiymətlər (bir dozaya görə 15,5 dollar) ilə alınmışdısa, o zaman ən azı 4,9 milyon dollar xərclənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu aşağı-yuxarı belədir. Belə ki, “Pfizer” vaksini həmçinin Belçikada da istehsal olunur. Bu ilin 9 ayı nəticəsində Belçikadan Azərbaycana 3,3 milyon dollarlıq "insanlar üçün vaksinlər" idxal edib (2020-ci ilin eyni dövründə müvafiq göstərici 169 min dollar idi). Digər ölkələrdə də istehsal sahələri mövcuddur.

Ümumi olaraq Azərbaycan 2021-ci ilin doqquz ayı ərzində xarici iqtisadi fəaliyyətin "300220. İnsanlar üçün vaksinlər" kodu üzrə 72,1 milyon dollarlıq məhsul idxal edib. 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu 26 dəfə çoxdur. Vaksinlər əsasən üç ölkədən idxal olunub: Çin (62,8 milyon dollar), Belçika (3,3 milyon dollar) və Rusiya (3 milyon dollar).

Müəllif: Toğrul MAŞALLI

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar