Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram Kürdəxanılı dəfn olundu


Bu gecə Bayram Kürdəxanlı faciəvi şəkildə dünyasını dəyişib


Bayramın ölüm xəbərini eşidən kənd camaatı, dostları onun evinə baş çəkib. 

Saat 14:00-da yerdən götürülən mərhum Kürdəxanı kənd qəbiristanlığında dəfn olundu.

Dəfndə iştirak edən sənət dostları Bayram haqqında xoş sözlər danışıb, ruhuna fatihə verdilər. Meyxanaçı Namiq Məna isə gözyaşları içində bunları dedi:

“Bir ömür yaşadım, arın-arxayın
Zirvələr dolandı güzarım mənim.
Məni dəfn etməyə yer axtarmayın,
Xalqın ürəyidir məzarım mənim… 

Bayram elə bir sənətkardır ki, bu cümlələri ona ithaf etmək olar. Onun barəsində danışmaq mənim üçün çox ağırdır. Həmişə deyərdi ki, Namiq, mənə bir şey olsa, qardaşım oğlu Rəcəbdən müğayat ol. Bayramın bir cavan qardaşı rəhmətə getmişdi, onun adını kiçik qardaşının oğluna qoymuşdular. Deyirdi, onu sənə tapşırıram. Bayram çox savadlı idi. Tarixi, ədəbiyyatı gözəl bilirdi. Misilsiz bədiyyə ustası idi. Çox istərdim ki, onun haqqında gözəl bir veriliş hazırlansın. Bayram biz bədiyyəçilər üçün böyük məktəb idi. Yatsaydım, yuxuma da gəlməzdi ki, Bayram öləcək.

Ona həmişə deyirdim ki, Bayram, özünü qoru. Onun da öz dərdi vardı. Bir ziyalı bacısını, qardaşını itirmişdi. Biz tez-tez onunla məclislərdə olurduq. Dərdini mənimlə bölüşürdü. O, fitri istedad idi. Zamanında mən də ondan bəhrələnmişəm. Dünən günorta  azı 1 saat telefonla danışdıq. Dedi, gəl bir mahnı üzərində işləyək. Sözləri də belə idi: “Vaxt tapan başını qaşıyır, Əzrayıl adam daşıyır… bu dünyadan”… Yazığın elə bil ürəyinə dammışdı. Mən bu ölümlə barışa bilmirəm”. (yenicag.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Hacı Qalib: “İcra başçısı mənə deyir ki, sənin üstündən maşınla keçərəm”

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

İsrailin Münhendəki baş konsulluğuna hücum olub

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu

Ən çox oxunanalar