Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayraktar: Texnologiyanı sən istehsal etmirsənsə, sahibi sən deyilsən

Bir neçə gün öncə Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Azərbaycanda qonaq oldu.

44 günlük əməliyyatlardan sonra Azərbaycan xalqının qəhrəmanına çevrilmiş mühəndis dövlət başçısı İlham Əliyev tərəfindən də qəbul edildi və “Qarabağ” ordeninə layiq görüldü. Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixləri arasında apardığı savaş zamanı Selçuk Bayraktarın yaratdığı “Bayraktar TB2” pilotsuz uçuş aparatından (PUA) geniş istifadə etməklə işğalçı qüvvələrə sarsıdıcı zərbələr vurub. Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. O, Bizimyol.info-ya qısa bir açıqlama verib.

“Texnologiyanı sən istehsal etmirsənsə, sahibi sən deyilsən. Xaricdən alınmış istənilən silahın içərisində onu kənardan idartə edə bilən qurğu mütləq vardır. İstənilən texnologiya gələcəyə hesablanmalıdır. Ağıllı olmalıdır. Onun ağlı səni cəbhə bölgəsindən nə qədər geridə tutması ilə ölçülür. Yəni sən burda dayanıb 500 kilomet uzağı vura biləcək gücdəsənsə, güclüsən. Bizim silah hazırlamaq səbəbimiz də məhz bu oldu. Silahları hər zaman qərb hazırladı, biz baxdıq. Bizə bunu “siz edə bilməzsiniz” deyə inandırmağa çalışdılar. Halbuki bizim isətilən bir mühəndisimiz bu sahədə qərblilərdən geri qalmır. Sadəcə bunun üçün uyğun şərait yaradılmalıdır. Bizim hikayəmiz 2000-ci illərdən başladı. Biz bütün dünyada silah hazırlayan yeganə ailə şirkətiyik.

Bizim silaharımız terrorizmlə mübarizədə mühüm rol oynadı. Proqramı səndə deyilsə, nəzarət də səndə deyil. Mən uzun müddət cəbhələrdə olmuşam. Çünki, bizim hazırladığımız texnologiyanın sahədə işini izləmək çox önəmlidir. Soyuğa davamlılığı vəs. Texnologiya nə qədər robotik olursa, o qədər zərif olur. Yəni milyonlar verərək hazırlanan o texnika işləməz vəziyyətə gələrsə əsgərə sadəcə yük ola bilər. Qarabağ müharibəsi pilotsuz uçan aparatlarımızın dünyada tanınmasına yol açdı deyə bilərəm. Pilotsuz uçuş aparatlarından istifadədə azərbaycanlı qardaşlarımız ustalıq nümayiş etdirdilər. Bu silahlar daha keçmiş cəngavərlər kimi qılınc atmaq, tank sürmək bacarığı tələb etmir. Burda kompyuter bilgilərinin yüksək olması, daha zəki, daha intellektual döyüşçülər tələb olunur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Premyer Liqa: "Turan Tovuz" "Kəpəz"i məğlub edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

İlham Əliyev Azərbaycanın Türkiyəyə istənilən əlavə dəstəyi göstərməyə hazır olduğunu bildirib

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Ən çox oxunanalar