Ağ Ev: Prezident Bayden Si Tsinpinlə yaxın zamanlarda danışmağı planlaşdırır...
Poliqon xəbər verir ki, Ağ Evin mətbuat katibi Karine Jean-Pierre aprelin 19-da deyib ki, ABŞ prezidenti Co Bayden Çin lideri Si Tsinpinlə əlaqəyə keçməyi gözləyir, amma hələ də Pekindən heç bir xəbər yoxdur.
“Biz dönə-dönə deyirik ki, prezident Siyə zəng etmək istəyir, amma hazırda mənim sizə söyləməyə heç nəyim yoxdur", deyə Jan-Pyer bildirib.
Mətbuat katibinin sözlərinə görə, ABŞ hakimiyyəti Çinlə açıq əlaqə kanallarının saxlanılmasının zəruriliyinə inanır. Vaşinqton Pekinlə münasibətləri iki dövlət arasında strateji rəqabətin arxa plana keçirməyi vacib sayır.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi də bundan əvvəl bildirmişdi ki, Çin tərəfi hərbi təmaslarla bağlı müraciətlərə məhəl qoymur. “Pekində ABŞ nümayəndələri zəng edəndə telefonu götürmürlər”, deyə Nazirlikdən bildirilmişdi.
Çində isə deyirlər ki, ABŞ-la münasibətlərin korlanmasının məsuliyyəti Vaşinqtonun üzərinə düşür.
Poliqon.info