Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Batumidəki uçquna görə təqsirləndirilən Azərbaycan vətəndaşı həbs olunub - Yenilənib

Gürcüstanın Batumi şəhərində yaşayış binasında uçqunun baş verməsi ilə bağlı saxlanılan üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə şəhər məhkəməsi qərar qəbul edib.

İttiham olunanlar - Azərbaycan vətəndaşı Zaur Budaqov, Hüseyn və Giorgi Surmanidzelərin günahı sübuta yetirilərsə, onları 2 ilədək 5 ilədək həbs gözləyir.

Z.Budaqovun vəkili Ramin Papidze deyib ki, baş vermiş uçquna müdafiə etdiyi şəxsin mənzilində aparılan təmir işlərinin səbəb olmasına dair ekspert rəyi yoxdur. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbini yalnız mühəndis ekspertizası müəyyən edə bilər. Vəkil ekspertiza rəyi olmadan Z.Budaqovun həbsə alınmasını qanunsuz adlandırıb.

***

Gürcüstanın Batumi şəhər məhkəməsində yaşayış binasında uçqunun baş verməsi ilə bağlı saxlanılan üç şəxsin məhkəməsi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan vətəndaşı Zaur Budaqov və digər iki şəxs - ata-oğul Hüseyn və Giorgi Surmanidzeyə qarşı həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Hazırda tərəflərin arqumentləri dinlənilir.

Hər üç şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasında ittiham olunurlar.

İstintaqla müəyyən olunub ki, Z.Budaqovun çökmüş binanın birinci mərtəbəsindəki mənzilində apardığı təmir-bərpa işləri zamanı dayaq divarların sökülməsi həyata keçirilib. Surmanidzelər təmirə cəlb olunan işçilərdir.

Xatırladaq ki, oktyabrın 8-də Batumidə yeddimərtəbəli yaşayış binasının bir blokunda baş vermiş çökmə zamanı üçü uşaq olmaqla 9 nəfər ölüb. Faciə ilə bağlı bu gün Gürcüstanda matəm günüdür, ölkə ərazisində dövlət bayraqları endirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Ən çox oxunanalar