Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş redaktora hökm oxundu

Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Anar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Anar Məmmədova 2 il sınaq müddəti olmaqla 5 il 6 ay şərti cəza verilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Anar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini, ona 2 il sınaq olmaqla 5 il 6 ay müddətinə şərti cəza verilməsini istəyib.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Anar Məmmədovun barəsində ötən il Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuş Elmar Vəliyevə, polis zabitlərinə qarşı edilən terror aktından sonra cinayət işi açılıb.

Anar Məmmədovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.(teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar