Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş qərargah rəisi Paşinyanı söyüb və qapını çırparaq otağı tərk edib

General Onik Qasparyan söyüş söydü, qapını Paşinyanın üzünə çırpdı, işə Arutyunyan qarışdı, amma ...

Ermənistan mətbuatı bu ölkənin Müdafiə Nazirliyində yanvarın 28-də baş nazir Nikol Paşinyanın iştirakı ilə baş tutmuş və az qala əlbəyaxa davaya çevriləcək görüş toplantı haqda yazır. Həmin gün Ermənistan məğlub ordunun yaradılmasının ildönümünü qeyd edirdi və baş nazir Paşinyan da bu münasibətlər Müdafiə Nazirliyinə yollanmışdı, ordunun yüksək komandan heyəti ilə görüşmək üçün.

“Qraparak” (“Meydan”) qəzeti yazır ki, Müdafiə Nazirliyindəki mənbələr həmin görüşün heç də hamar keçmədiyini danışır. Belə ki, toplantının əsas hissəsi başa çatandan sonra məhdud çərçivədə generalların iştirakı ilə nazirliyin rəhbərlərindən birinin kabinetində ayrıca toplantı olub. Orada Paşinyan yüksək zabit heyətini müharibədəki məğlubiyyətə görə ittiham edib, bu da Baş qərargah rəisi Onik Qasparyanı bərk qəzəbləndirib. Qasparyan söyüş söyüb, qapını çırpıb və otaqdan çıxıb. Onun ardınca adamlar çıxıblar, yola gətiriblər və geri qaytarıblar.

Bu vaxt müdafiə naziri Vaqarşak Arutyunyan “çıxış etməyə” başlayıb, Paşinyana nümayiş etdirməyə çalışıb ki, situasiyaya nəzarət edir. Arutyunyan hədələyərək deyib ki, bu cür addımlar atanları cəzalandıracaq. Lakin bu zaman toplantıda iştirak edən yüksək rütbəli zabitlər dərhal ona yerlərindən müdaxilə ediblər, başa salıblar ki, səsini kəsib yerində otursun, çünki heç nəyi həll etmir. Söhbət o dərəcədə kəskinləşib ki, Nikol Paşinyan barışdırıcı rolunu üzərinə götürüb, özünün qızışdırdığı münaqişəni yatırmağa və yoluna qoymağa çalışıb.

Əlbətdə, Paşinyan baş verənləri “udmayıb”, insidentdən dərhal sonra Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı cinayət işinin qaldırılmasını tapşırıb. Birinci iş silah alınması üzrə başladılıb və həmin iş üzrə qalmaqallı silah alverçisi David Qalstyan istintaqa cəlb olunub. Amma tezliklə nazirliyin digər yüksək vəzifəli şəxslərinin barəsində də cinayət işinin qaldırılması gözlənilir.

Virtualaz.org


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar