Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş onkoloq televizyalardan narazılıq etdi

"Ancaq şou verilişləri, yemək proqramları yayımlanır"

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Modern.az-a müsahibəsində Azərbaycanda tibbi maarifləndirmə ilə bağlı maraqlı fikirlər səsləndirib. Deyib ki, səhhətimizə qarşı laqeydliyi aradan götürmək vacibdir. Burada əsas məsələ tibbi təbliğatdır. O qeyd edib ki, tibbi maarifləndirmə məsələsində tək Səhiyyə Nazirliyinin, klinikaların, qanunvericiliyin üzərinə yük düşməməlidir. Ayrı-ayrı həkimlər də mütəmadi olaraq, mətbuatla işləməli, xəstələri maarifləndirməyə maraqlı olmalıdırlar.

Komitə sədri onkoloji xəstəliklər bağlı açıqlamalarında söyləyib ki, bədxassəli şiş əleyhinə mübarizə üzrə dünyanın bir çox ölkələrində dövlət proqramı var. Bizdə də bu proqram hazırlanır.

Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimli saytımıza açıqlamasında Əhliman Əmiraslanovun fikirlərini təsdiqləyib. O vurğulayıb ki, xərçəng əleyhinə dövlət proqramının qəbul olunması vacibdir:

“Xərçəng, eləcə digər xəstəliklər, tibbi problemlər haqqında maarifləndirmədə boşluqlar var. Elekron və çap mediasının bu məsələlərə yer verməsi kifayət etmir. Nəzərə almalıyıq ki, bu gün ən böyük təbliğat maşını televiziyadır. Televiziyalarımızda isə ancaq şou verilişləri, yemək proqramları yayımlanır. Tibbi məlumatların artırılması, əhalinin maarifləndirilməsi üçün sanballı verilişlər, sujetlər, videoroliklər yoxdur. Düşünürəm ki, bu məsələdə ciddi tədbirlərin görülməsinə ehtiyac var.

Azərbaycanda çox savadlı alimlər, professorlar, həkimlər, fiziklər və s. mütəxəssislər var. Onları efirlərə dəvət edərək, çox maraqlı verilişlər hazırlamaq, insanları maarifləndirmək lazımdır. Əgər savadlı həkim tapmaqda çətinlik çəkirlərsə, hörmətli Əhliman Əmiraslanovun da dediyi kimi, aidiyyəti qurumlarla, elə Onkologiya Mərkəzinin özü ilə əlaqə saxlayıb, məsləhət istəyə bilərlər. Təki onlar bizə müraciət etsin, əlimizdən gələn qədər köməklik göstərərik”.

Mərkəzin tibbi maarifləndirmə ilə bağlı fəaliyyətinə də toxunan baş onkoloq bildirib ki, Bakıda və digər şəhərlərdə müxtəlif maarifləndirici aksiyalar həyata keçirilir:

“İnsanların çox olduğu yerlərdə bukletlər paylanır, onlarla onkoloji problemlər haqqında söhbətlər aparılır. Biz Səyyar Diaqnostik Kompleks maşınlarının köməyi ilə 14-16 nəfər həkim briqadası ilə rayonlara gedirik, insanlar arasında profilaktik tədbirlər aparırıq. Onları məlumatlandırırıq. Hətta rayonlararası elmi konfranslarımız da keçirilir. Ətraf rayonlarda olan həkimləri dəvət edirik, onkologiyanın müayinəsində, müalicəsində yeniliklər, dəyişikliklər haqqında söhbətlər aparırıq. Əlimizdən gələni edirik ki, insanlar onkoloji xəstəliklərdən qorunmaq üçün vaxtında həkimə müraciət etsinlər, ümumiyyətlə bütün xəstəliklərlə bağlı müayinələrdən keçməkdən çəkinməsinlər. Amma bu cür problemlərlə ümumilikdə kütlə mübarizə aparmalıdır. Bu tək Səhiyyə Komitəsinin, Milli Onkologiya Mərkəzinin, digər qurumların gücündə deyil”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Ən çox oxunanalar