Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş nazir Əli Əsədov İndoneziyanın inzibati və bürokratik islahatlar naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anas ilə görüşüb...

Poliqon xəbər verir ki, görüşdə Azərbaycanla İndoneziya arasında qarşılıqlı hörmət və dostluğa əsaslanan münasibətlərin mövcud olduğu vurğulanaraq, ötən ilin iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümü ilə əlamətdar olduğu qeyd edilib.

Siyasi sahədə uğurlu əməkdaşlıq barədə söhbət açan Ə.Əsədov, beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı dəstəyi bu əməkdaşlığın mühüm faktorlarından biri kimi dəyərləndirib.

Baş nazir ölkələr arasında ticarət dövriyyəsinin 2022-ci ildə 5 dəfə artdığını nəzərə çatdıraraq, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğuladı.

Tərəflər ölkələr arasında vətəndaşlara dövlət xidməti sahəsində uğurlu əməkdaşlığın mövcudluğunu təsdiq edərək 2017-ci ildə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə əlaqədar fikir mübadiləsi aparıblar.

Qeyd edilib ki, Memorandumun icrası çərçivəsində İndoneziyada “ASAN xidmət” modeli əsasında Dövlət Xidmətləri mərkəzləri fəaliyyət göstərməkdədir. Bundan əlavə, İndoneziya tərəfinin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qulluqçularına “ASAN xidmət” ekspertləri tərəfindən ölkəmizdə müxtəlif istiqamətlər üzrə mütəmadi olaraq təlimlər keçirilir.

Görüşdə həmçinin iki ölkə arasında sərmayələrin qoyuluşu, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar