Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bankların girov əmlaklarını satışa çıxaracaq mərkəz yaradıldı


Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində yaradılan “Hərrac Mərkəzi” MMC dövlət qeydiyyatına alınıb və bu yaxınlarda fəaliyyətə başlaması planlaşdırılır


Hərrac Mərkəzinin  əsas məqsədi məhkəmə qaydasında və məhkəmə qaydasından kənar ipoteka və digər tip öhdəliklər üzrə girovda olan daşınmaz əmlakların reallaşdırılmasını həyata keçirməkdir. Başqa sözlə, bu mərkəz girovların satılması üçün yaradılmış bir platformadır.

Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisnalarla girovqoyanın özgəninkiləşdirə bildiyi hər cür əşyalar, qiymətli kağızlar, maddi sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və əmlak hüququ girov qoyula bilər. 

Bundan əlavə, Hərrac Mərkəzi tərəfindən valyuta hərraclarının keçirilməsi planlaşdırılmır. 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, Azericard MMC ABA-nın üzvüdür. (ABA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar