Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya yeni avtobuslar gətirilib


Bu avtobuslardan ictimai nəqliyyatda istifadə ediləcək


Bakıya yeni iritutumlu sərnişin avtobusları gətirilib. Bu, “BakuBus” MMC-yə məxsus “Iveco” markalı yeni avtobuslardır. Hazırda Hökumət Evinin qarışında təxminən 70-80 ədəd belə avtobus düzülüb.
"Report"un əldə etdiyi məlumata görə, bu, şirkətin Fransadan aldığı avtobusların növbəti partiyasıdır.

Qeyd edək ki, "BakuBus" MMC ilkin mərhələdə Fransa istehsalı olan 302 avtobus alıb. Yeni avtobuslarda gediş haqqı kartla ödəniləcək. Bu kartdan həm də metroda istifadə olunacaq. Avtobuslardakı bütün materiallar yanğına, donmaya və buxarlanmaya davamlıdır. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə avtobusların salonlarında kameralar quraşdırılıb, qapılar xüsusi sistemlə təchiz edilib. Bu nəqliyyat vasitələrində uşaq və əlillər üçün xüsusi oturacaqlar qoyulub. Avtobuslar sıxılmış təbii qazla işləyir.

Xatırladaq ki, əvvəlcə yayılan məlumatda bildirilib ki, Bakıda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Fransanın “CNH Industrial” brendi olan “Iveco Bus” şirkəti tərəfindən Bakıya “Crealis” markalı 151 ədəd yeni avtobus gətiriləcək. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "Iveco Frans" şirkəti arasında dəyəri 50 mln. avro təşkil edən müqavilə imzalanıb.

"BakuBus" MMC Azərbaycan Nazirlər Kabinetinin 3 aprel 2014-cü il 92 nömrəli qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişin daşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması əsas məqsədlər olaraq qarşıya qoyulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Ən çox oxunanalar