Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda süd və süd məhsulları bahalaşdı - Səbəb

Son 1-2 ayda yerli məhsullar təxminən 10-20 qəpik bahalaşıb

Pia.az xəbər verir ki, Azərbaycanda süd və süd məhsullarının qiymətlərində bahalaşma müşahidə edilir.

Bahalaşma xüsusən “Milla” məhsullarında daha çox nəzərə çarpır, eyni zamanda, “AzərSüd”, “PalSüd” məhsullarının qiyməti də qalxıb.

Konkret olaraq, “Milla”nın qiyməti (2,4%-lik, 1 litr) 1.74 manatdan 1.94 manat qalxıb. “Milla” xamaları (20%-lik, 300 qram) yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb.

Həmin xamanın 25%-liyinin qiyməti isə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. “Atena” (2,4%, 1 litr) 1,95, “PalSüd” (2.4%, 1 litr) 2.07, “AzərSüd” (1,5%, 1 litr) 1.79 manatdır.

Başqa sözlə, son 1-2 ayda yerli məhsullar təxminən 10-20 qəpik bahalaşıb. Bəs bunun səbəbi nədir?

Nəzərə alsaq ki, yerli istehsalın böyük bir hissəsi quru süddən hazırlanmış məhsulların payına düşür, o zaman qeyd edək ki, buna təsir edə biləcək amillər çox azdır. Çünki quru süd bahalaşmayıb, Azərbaycanda dolların məzənnəsi sabitdir, yerli bazarda hər hansı dəyişiklik yoxdur.

Təbii ki, ilkin olaraq, mal və məhsulların qeydiyyatı, yəni uçotun şəffaflaşdırılması amilinin bazardakı qiymətlərə təsiri diqqətə çarpır. Uçotun düzgün qurulması bu sahədəki istehsalçıların “kölgə gəlirləri”nə müəyyən dərəcədə təsir etməyə başlayıb.

Bundan başqa, ölkədəki məhsulların tərkibi ilə bağlı da nəzarət gücləndirilib. Belə ki, məhsulların etiketlərində qeyd edilən yağlılıq dərəcəsi və digər qatqıların yerində olması da istehsalçıları bir qədər “əziyyətə” salıb. Xüsusən süd və süd məhsullarının yağlılıq dərəcəsi üzrə göstəricilər və istifadə olunan yağların mənşəyi ilə bağlı məsələlər də məhsulların qiymətinə təsir edib.

Əvvəllər daha çox spred yağlardan, yəni palma yağlarından istifadə edən istehsalçılar, indi göstərdikləri rəsmi keyfiyyət parametrləri üzrə məhsul istehsal edərkən xərcləri artdığından bu da qiymət artımına təsir edib.

Bundan başqa, Azərbaycanda heyvandarlığın yem problemi var və bu da öz növbəsində təbii süddən hazırlanan məhsulun maya dəyərinə təsir edir. Amma o da faktdır ki, rayonlardakı fərdi təsərrüfatlarda südün qiyməti qalxmayıb.

Məsələn, Şirvanda südün 1 litri pərakəndə halda 60 qəpikdən, topdan isə 50 qəpikdən satılırdı və ötən 1-2 ayda qiymətlər dəyişməyib. Burada yalnız mövsümi amil, yəni qışda süd istehsalının aşağı düşməsi müəyyən qədər rol oynayır.

Qeyd edək ki, Azərbaycanın süd məhsulları bazarında müəyyən qədər inhisarçılıq əlamətləri də var və bunu qiymətlərin artım tendensiyasını izləməklə görmək olar. (Oxu.az)

pia.az


Etiket: süd bahalaşma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Ən çox oxunanalar