Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Ramazan bayramı münasibəti ilə yarmarka təşkil ediləcək

İyunun 5-6-da Bakıda Ramazan bayramı münasibəti ilə “Kənd Şəhərə” yarmarkası təşkil ediləcək

Bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nin rəhbəri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, belə yarmarkaların təşkil edilməsinə əsas məqsəd kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsalı olan ərzaq məhsullarının satışına dəstək durmaqdır.

O bildirib ki, bu layihə çərçivəsində yerli istehsal məhsulların vahid marka altında qablaşdırılması, eyni zamanda məhsulların satışına dəstək məqsədilə yeni satış kanallarının yaradılması həyata keçirilir: “Ramazan bayramı günlərində paytaxtın 2 ünvanında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil ediləcək. Bunun biri Bakının Yasamal rayonunda Ələsgər Ələkbərov küçəsi, 225 saylı orta məktəbin qarşısı, Space TV-nin yanı, digəri isə Nizami rayonu, Qara Qarayev pr. 36A, "Orbita" ticarət mərkəzinin yanında yerləşir. İyunun 5-6-da baş tutacaq yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər”.

Dövlət Şirkətinin rəhbəri qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində yarmarka ərazisində Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək və satışa çıxarılan bütün məhsullar yoxlanışdan keçiriləcək: “Bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil ediləcəyi yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal, ət və ət məhsulları və s. ala biləcəklər. Yarmarka səhər saat 8:00-dan axşam 20:00-a qədər davam edəcək”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar