Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda piyadaların iştirakı ilə baş verən qəzalar - Anbaan video

Piyada vurulması ilə nəticələnən 269 yol-nəqliyyat hadisəsində 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb...

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) müşahidə kameralarının görüntüləri əsasında paytaxt yollarında piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrini təhlil edib.

Bu barədə NİİM-dən məlumat verilib.

Müşahidələr göstərib ki, Heydər Əliyev, Ziya Bünyadov, Babək və 8 Noyabr prospektlərində, eləcə də Yusif Səfərov və digər küçələrdə bəzi piyadalar yaxınlıqda yeraltı və yerüstü piyada keçidləri olmasına baxmayaraq, avtomobillərin intensiv hərəkət etdiyi yolun hərəkət hissəsindən keçməklə həyatlarını təhlükəyə atırlar.

“Ölüm və xəsarətlə nəticələnən bu hadisələrin kökündə bəzən piyadaların öz həyatlarını heçə sayması, ani diqqətsizliyi və ya məsuliyyətsizliyi dayanır. Gedəcəyim ünvana daha tez çatım prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan bu piyadalar hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər.

Ötən ilin statistikasına nəzər salsaq görərik ki, piyadaların avtomobillə vurulması Bakı şəhəri üzrə ümumi hadisələrin təxminən 49 faizini təşkil edib.

Belə ki, piyada vurulması ilə nəticələnən 269 yol-nəqliyyat hadisəsində 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb.

Ən faciəvi hal isə bəzi piyadaların uşaqlarla birlikdə qaydalara əmək etməyərək yolu keçmələridir. Belə ki, 2022-ci ildə piyadaların vurulması ilə nəticələnən qəzalarda 7 uşaq dünyasını dəyişib, 15-i isə xəsarət alıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadalara səslənərək onları “Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməyə, öz həyat və sağlamlıqlarına laqeyd yanaşmamağa dəvət edir”, - qurumdan bildirilib.

Poliqon.info


Etiket: piyadal qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar