Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda parkda yaşıllıqları qurudub restoran tikmək istədilər - Foto, Video

Bakı şəhərində yaşıllıq ərazini hasara alıblar...

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında yerləşən bina ətrafındakı park hasarlanıb.

Ərazidə restoran tikintisinin nəzərdə tutulduğu və buna qədər ağacların qurudulduğu deyilir.

Tikintiyə aidiyyəti qurumlardan icazə verilib-verilmədiyi bilinmir.

Qeyri-iş günü olduğu üçün sakinlər Nizami Rayon İcra Hakimiyyətindən məlumat ala bilmədiklərini qeyd ediblər.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Oxu.Az-a bildirilib ki, parkın hasara alınma cəhdinin qarşısı alınıb:

“Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nizami rayonu, Elşən Süleymanov 24 ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib, beş və16 mərtəbəli yaşayış binalarının ətrafında istifadədə olan parkın hasara alınması faktı aşkarlanıb. Nəticədə Baş İdarə tərəfindən sözügedən tikinti işləri dərhal dayandırılaraq cəhdin qarşısı alınıb”.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məsələ aydınlaşdırılacaq və məlumat veriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ən çox oxunanalar