Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda müğənninin qətlə yetirilməsinin detalları məlum olub - İttiham aktı

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi məhkəmənin ilk baxış iclası keçirilib...

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib.

Məhkəmə qısa müşavirədən sonra vəsatəti qismən təmin edib.

Daha sonra prokuror Fariz Rzayev ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq həmin telefonun «Whatsapp» proqramında "Ədiş qurban", "İbo DTV" və digər adlarla qeyd etdiyi Əlövsət Əhədov (red.ad, soyad şərtidir), İlham Allahnəzərov (red. ad-soyad şərtidir) və qeyriləri ilə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən edib.

Daha sonra təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Yaquta həmin "Ədiş" adlı şəxslə danışmamağı ilə bağlı iradını bildirib. Yaqut Həşimova isə iradlarını qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.

Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovanı əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək maqsədilə əvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan bakalı götürüb müğənni yoldaşının baş nahiyəsindən 2 dəfə vurub. Daha sonra təqsirləndirilən şəxs rəfdə saxladığı, qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq, qarın nahiyəsindən vurub. O, eyni zamanda Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyələrdən zərbələr vurub.

Təqsirləndirilən şəxs otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb, ölümünü gözləyib və Yaqut Həşimova daxili və xarici qanaxma səbəbindən ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən Anar Həşimov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.

Poliqon.info


Etiket: müğənni qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar