Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Mikayıl Müşfiqin qalıqları aşkarlandı

"Stalin illərində cəzalandırılanların bir çoxunun qalıqlarının uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən mən böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdim"

Bunu açıqlamasında məşhur Rusiya milyarderi Fərhad Əhmədov deyib.

Xatırladaq, hələ bir neçə il əvvəl Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.

F.Əhmədova axtarış işlərinin aparılmasında “NKVD” və Bayıl türməsinin keçmiş "ölüm korpusunun" tibbi xidmətinin əməkdaşları kömək edirdilər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları F.Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş Mircəfər Bağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqin basdırıldıqları yerləri də göstərmişdilər.

Sonralar F.Əhmədov M.Bağırovun qohumlarından biri – sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüş və ona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. PİA.AZ bildirir ki, Virtualaz.org bununla bağlı oxuculara hələ keçən ilin qışında, sabiq nazirin özünə istinadən xəbər çatdırmışdı. 2017-ci ildə Londonda keçirilmiş genetik ekspertiza – DNK analizi “NKVD”nin sabiq əməkdaşlarının informasiyasını təsdiq etdi. Tapılmış qalıqlar M.Bağırova məxsus idi. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn etdilər.

Mikayıl Muşfiqin qalıqlarına gəlincə, F.Əhmədovun sözlərinə görə, o, Qaradağ rayonunda aşkar edilmiş və M.Muşfiqə aid olduğu ehtimal olunan qalıqlar haqda Mədəniyyət Nazirliyinin rəhbərliyinə məlumat verib. Bu ilin 5 iyununda isə böyük Azərbaycan şairinin anadan olmasının 110 ili tamam olub.

Azərbaycan poeziyasının parlaq nümayəndələrindən birinin qalıqlarının təntənəli dəfninin təşkili məqsədi ilə kampaniyaya başlamaq üçün təşəbbüs göstərmək niyyətindəyik. Biz Azərbaycanın Yazıçılar Birliyinə və Mədəniyyət Nazirliyinə müraciət hazırlayırıq. Görkəmli azərbaycanlının xatirəsinə hörmətlə yanaşmaq lazımdır!(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ən çox oxunanalar