Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda lazer epilyasiyasında qızın gözünü zədələdilər

Bakıda Fidan Məmmədova adlı gənc qızın başına ağlagəlməz bir hadisə gəlib. Belə ki, lazer epilyasiyası proseduru zamanı qızın gözü zədələnərək yanıq almış və nəticədə görməsi zəifləyərək təcili əməliyyata alınıb

PİA.az pasiyentin şikayətini təqdim edir.

"Avqustun əvvəli Kerpo Laser Bar adlı məşhur mərkəzdə epilyasiya zamanı əməkdaş qadının ehtiyatsızlığı üzündən gözümə lazer sıçradı. Bundan sonra mən eynək istədim. Qadın "oy, gərək eynəyi əvvəldən verərdim” dedi. Lazer şüasının zərbəsindən gözümdə ağ, parlayan ləkə yarandı. Qadın dedi ki, narahat olma, keçəcək. Lakin hiss etdim ki, qorxudan üz mimikası dəyişdi.

Ondan sonra 2 gün keçsə də o ləkə azalmırdı və görməmə mane olurdu. Məcbur olub oftalmoloqa getdim və mənə şüa yanığı və ödem diaqnozu qoyuldu. Həkim dedi, bəxtin gətirib, şüa gözün düz mərkəzinə düşməyib.

Göz damcısı yazıldı, lakin 3 gün sonra gözümün içində şəffaf, bulanıq dairə əmələ gəldi. 10 gün gözlədim, getdikcə görməm zəiflədi.
Bir səhər oyananda isə gördüm gözümün önündə hər şey sanki axır. Ətrafdakı əşyaları olduğu kimi görmürdüm, hər şey sanki sıxılmış idi.
Mən qorxumdan tez Dünyagöz klinikasına qəbula getdim. Klinikada göz tomoqrafiyası çəkildi, analizlər verildi və həkimlər bildirdilər ki, vəziyyət pisdir, təcili əməliyyat olunmalısan. Çünki görməm 14% ə enmişdi”.

Əməliyyat olunan Fidana həkimlər dəqiq zəmanət də verməmişdilər. Hər şey tədricən məlum olacaqdı.

F. Məmmədova statusunda ailəsi ilə birgə keçirdiyi dəhşətli hissləri paylaşaraq, xanımları ehtiyatlı olmağa çağırır.


Gözünün zədələnməsini bilən kimi ilk həkim müayinəsindən sonra H. Aslanovda yerləşən Kerpo filialına gedərək, məsul şəxslərinə hər şeyi danışıb. Onlar isə 100 manat verib, yazılmış dərmanların xərcini ödəməklə işlərini bitmiş hesab ediblər.

"Amma mən hardan biləydim ki, gözüm bu dərəcədə pisləşəcək və əməliyyat olunacam. Əməliyyat da ucuz deyildi. Mən xəstəxanada olanda ailə üzvlərim yenə Kerpo laserə gedərək, əməliyyat kağızı, sənədlərin hamısını təqdim edib, müəyyən qədər kompensasiya ödənilməsini xahiş etdilər. Bu onların səhvi ucbatından baş vermişdi və bizim səs küy qaldırıb, məhkəməyə vermək fikrimiz də yox idi.

Bu dəfə isə onlar nəinki kömək etmək, heç bizi dinləmək istəmədilər, əksinə guya məni günahkar çıxararaq, əvvəlcə eynəkdən imtina etdiyimi bildirdilər. Beləcə, bu mərkəz kor olmaq təhlükəsi ilə üz-üzə qoyduğu müştərisinin statusunun altında yalan rəylər yazaraq, məsələni ayrı istiqamətə çəkdilər”.

Kerpo Laser Fidan Məmmədovanın şikayətinin əsassız olduğunu, ona müalicə üçün pul verdiyini, indi də onlardan yenə şantaj yolu ilə pul istədiyini rəylərdə bildirib.

Lakin KİV-in Kerpo Laser klinikasının rəhbərliyindən bu məsələ barədə rəsmi açıqlama almaq cəhdi hələ ki, alınmayıb. Onlar rəhbərliyin ölkədə olmadığını, hadisənin belə baş vermədiyini, faktların əsassız olduğunu bildirməklə kifayətləniblər.

Fidan Məmmədova isə hələ də bir lazer prosedurdan sonra zərbə alıb əməliyyat olunan gözünün müalicəsi ilə məşğuldur və bu müddətdə o, bir çox işlərindən uzaqlaşıb. (Medicina.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar