Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin iclası keçirilir - Foto

Bu gün Bakıda İslam Əməkdaşlıq Təşkilatının turizm nazirlərinin 11-ci konfransı çərçivəsində üzv ölkələrin yüksək vəzifəli şəxslərinin iclası keçirilir.

Bu barədə PİA.az Azərbaycan Turizm Agentliyinə istinadən xəbər verir.

“Turizmin İnkişafında Yerli İcmaların Rolu” mövzusunda keçirilən iclasda “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin icrası və “İƏT-ə üzv dövlətlərdə İslam turizminin inkişafı üzrə Strateji Yol Xəritəsi”nin həyata keçirilməsi kimi məsələrlə yanaşı, üzv ölkələrdə turizm infrastruktur layihələri, birgə turizm tədqiqatları və təbliğat tədbirləri, turizm sərgiləri üzrə əməkdaşlıq, İslam mədəniyyəti və irsi üzrə turizmin inkişafı kimi məsələlər müzakirə olunacaq, müxtəlif ölkələrin turizm təcrübəsi haqqında təqdimatlar ediləcək.

İyunun 28-də keçiriləcək təşkilata üzv ölkələrin turizm nazirlərinin görüşündə isə növbəti konfransın keçiriləcəyi tarix və yer, eləcə də 2023-2024-cü illər üzrə İƏT-in “Turizm Şəhəri Mükafatı”na namizədlər müəyyənləşdiriləcək, konfransın yekun qətnaməsinin layihə sənədi və Bakı bəyannaməsi qəbul ediləcək.

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransda təşkilatın Baş katibi Hissein Brahim Taha, təşkilata üzv dövlətlərin turizm nazirləri və nazir müavinləri, səfirlər, İƏT-in 7 alt institutu olan beynəlxalq təşkilatların təmsilçiləri, dövlət rəsmiləri və ekspertlər daxil olmaqla 39 ölkədən 160-dan artıq nümayəndə iştirak edir.
Konfrans iştirakçılarının iyunun 29-da Şuşa şəhərinə səfəri nəzərdə tutulur.

Qeyd edək ki, 2018-ci ilin 5-7 fevral tarixlərində Banqladeş Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 10-cu konfransı çərçivəsində Azərbaycanın növbəti sessiyasının keçirilməsi üçün namizədliyi təsdiqlənib və Qəbələ şəhəri 2020-ci il üzrə “İslam dünyasının turizm paytaxtı” seçilib.

Daha əvvəl Azərbaycan 2006-cı ildə təşkilata üzv ölkələrin turizm nazirlərinin 5-ci konfransına ev sahibliyi edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar