Çərşənbə, 27 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda I Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

Dekabrın 7-9-da Bakı İdman Sarayında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə I Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək...

Bu barədə "Report"a KOBİA-dan bildirilib.

Məlumata görə, sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq. Sərginin keçirilməsinin məqsədi yerli məhsulların alınmasını təşviq etmək, onları geniş istehlakçı auditoriyasına tanıtmaqdır.

Sərgidə yerli istehsalçıların son illər ərzində əldə etdikləri nailiyyətlər, yerli brendlər və onların istehsal texnologiyaları barədə məlumat almaq mümkün olacaq.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğuluq Agentliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sərgidə məhsullarını təqdim etmək istəyən yerli istehsalçılar *0555 nömrəsinə müraciət edə bilərlər.

Poliqon.info


Etiket: KOBİA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb- Yenilənib, Video

Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı

FHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb - Foto, Yenilənib

ABŞ rəsmisi Azərbaycanı təhdid etdi... - Vaşinqtondan gələn təhdid özünü necə göstərə bilər?

Azərbaycanda dəhşət: Ər-arvad benzin töküb özlərini yandırdılar

Mərkəzi Klinika: "Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır"- Yenilənib

ABŞ Qarabağa beynəlxalq missiya göndərmək istəyir... - Məqsəd nədir?

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Gənc fəal erməni qızların Azərbaycanla bağlı etirafları - Video

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ərdoğan: “Əgər İrəvan məsələyə razılıq verməsə, yol İrandan keçəcək”

Xocavənddə erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay