Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda daha bir beynəlxalq yarış start götürüb

Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışlarının açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə 32 iştirakçı ölkənin bayraqları səhnəyə gətirilib. Azərbaycan millisinin üzvü Selcan Mahmudova yarışa qatılan 650 idmançı adından ədalətli mübarizə aparacaqlarına and içib. Eyni zamanda məşqçilər, hakimlər adından andiçmə olub.

Yarış iştirakçılarını salamlayan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Gimnastika Federasiyasına və qurumun prezidenti Mehriban Əliyevaya yüksək təşkilatçılıq səbəbindən təşəkkürünü bildirib. Ç.Hüseynzadə bu yarışın gələcəyin batut ulduzlarının müəyyənləşdirilməsinə xidmət edəcəyini vurğulayıb və iştirakçıların hər birinə uğurlar arzulayıb.

Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin üzvü Ali Al-Hitmi pandemiya şəraitində belə bir yarışın təşkilinə böyük dəstək verdiyi üçün Azərbaycan hökumətinə minnətdarlıq ifadə edib. O, turniri açıq elan edib.

Daha sonra Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları Azərbaycanda ilk dəfə keçirilir. Dörd gün davam edəcək çempionatda 11-12, 13-14, 15-16 və 17 - 21 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar. Gimnastlar yarışların bütün günündə həm təsnifat, həm də final mərhələsində çıxış edərək, finalçıları müəyyənləşdirəcəklər.

Azərbaycanı batut üzərində Selcan Mahsudova (17 - 21 yaş), Dünya Yaş Qrupları və Avropa çempionatının mükafatçısı Maqsud Mahsudov (13-14), Ammar Baxşəliyev (11-12), İbrahim Musatafazadə (11-12), Mehdi Əliyev (13-14), Nicat Mirzəyev (13-14), Əli Niftəliyev (13-14), Şəfiqə Hümbətova (13-14), Səma Cəfərova (11-12) təmsil edəcək. Tamblinq yarışlarında Avropa Çempionatının komanda hesabında bürünc medalçıları Tofiq Əliyev (17 - 21), Adil Hacızadə (15-16), Bilal Qurbanov (15-16), Hüseyn Əsədullayev (15-16), eləcə də Dünya Yaş Qruplarının 11-12 yaş kateqoriyasında qalibi Aleksey Karataşov (13-14) və Elnur Məmmədov (15-16) mübarizə aparacaq.

Mövcud karantin qaydalarının tələblərinə uyğun olaraq, Yaş Qrupları Yarışları da tamaşaçısız keçiriləcək.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar