Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda bayram yarmarkası keçirilir: bəs qiymətlər necədir? - Foto

Bakıda Nərimanov, Binəqədi, Yasamal və Suraxanı və Abşeron rayonlarının ərazisində qış yarmarkası keçirilir...

"Kənddən-şəhərə" adlı bu yarmarkalarda, rəsmi açıqlamalara görə, qiymətlər bazarla müqayisədə ucuzdur. Bəs bu fərq nə qədərdir?

Musavat.com-un əməkdaşı olaraq metronun "Gənclik" stansiyasının yaxınlığında təşkil edilən yarmarkada olub, qiymətlərlə maraqlandıq. Müşahidə etdik ki, yarmarkada alıcılar elə də çox deyil. İçəridə isə əsasən meyvələrin satıldığını gördük. Bəzi məhsulların qiymətləri bazar və iri supermarketlərlə müqayisədə bir qədər ucuz olsa da, əksəriyyətində ciddi fərq görmədik. Hətta bəzi balıq növlərinin bazarla müqayisədə xeyli baha qiymətə satıldığını öyrəndik. Belə ki, yarmarkada sazanın kiloqramı 7, xan balığı 5 manat 50 qəpik, kütüm isə 18 manata satılırdı. Satıcı bildirdi ki, kütüm balığına həm tələbat yüksəkdir, həm də dənizdə daha bu növ balığı tapa bilmirlər. Ona görə də qiymətlər bu qədər yüksəlib. Onu da qeyd edək ki, bir neçə gün əvvəl bazarda bu balıqlar 8-9 manata satılırdı...

Yarmarkada mal ətinin kiloqramı 9 manatdır. Bazarda isə 10-11 manata satılır. Qoyun əti 10 manat, kənd çolpası 5 manat, hindtoyuğu 12 manat, ördək 4, qaz 10 manata sattılır. Ərik qurusu 7- 10 manat, qoz ləpəsi 12-14 manat, fındıq ləpəsi isə 10-13 manatdır. Adi qozun bir kiloqramı 5, fındığın bir kiloqramı isə 6 manatdır. Araxis 6 manat 50 qəpik, badam 20 manat, qara kişmiş 9-16 manatdır. Almanın qiyməti 1 manat, armud 1 manat 50 qəpik, saf nar 1 manat 70 qəpikdir. Kartofun kiloqramı 55 qəpik - 1 manat, soğan - 45-50 qəpik, kələm - 35-40 qəpikdir. Xiyarın qiyməti 1-2 manat 50 qəpik, pomidor isə 1 manat 70 qəpikdir.

Söhbət etdiyimiz alıcılar bildirdilər ki, yarmarka yeni başlayan zaman qiymətlərdə ciddi fərq olub. Nərimanov rayon sakini Asif Əhmədov bildirdi ki, evinin yaxınlığı olduğu üçün buradan hər gün nəsə alır:

"Yeni açılan zaman burada kütüm balığının qiyməti 6 manat idi. Özüm buradan təmizlədib, almışam. Ancaq indi qiymətlərdə artım var. Hazırda burada ən ucuz və sərfəli qiymətə almaları almaq olar. Xüsusilə də qızıləhmədi sortu çox ucuzdur. Bu almanın xırdasının kiloqramı 80 qəpik, bir qədər iriləri isə 1 manat 50 qəpikdir. Tez-tez meyvələrin topdan satıldığı yerə gedib, oradan bazarlıq edirəm. Heç həmin yerlərdə bu qiymətə qızıləhmədi alması yoxdur. Ancaq digər məhsulların qiyməti elə də ucuz deyil. Məsələn, karof mağazalarda da 70 qəpikdir, burada da. Eləcə də soğan. Yaxşı olar ki, insanlaırn ən çox tələbatları olduqları tərəvəzlərin qiymətini aşağı etsinlər. Burada satıcılar yer pulu da vermirlər. Dövlət onlar üçün bu cür şərait yaradıb. Onlar da bundan istifadə edib həm müştəri qazana, həm də camaatı məmnun edə bilərlər".

Satıcılar isə bildirdilər ki, burada satılan məhsulların hamısı yerli maldır. Bildirdilər ki, öz təsərrüfatlarının məhsullarını, yer pulu ödəmədən satdıqları üçün qiymətlərdə endirim edirlər.

Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan qış yarmarkası 30 dekabr tarixinə qədər davam edəcək. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 140-dan çox fermer 60-dan artıq adda müxtəlif məhsulun satışını həyata keçirir.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sevgi münasibətlərində birinci kim üzr istəməlidir? – Psixoloq danışdı

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən çox oxunanalar