Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 75 min manata ağac satılır

Bakıda mərkəzdən kəndlərə doğru getdikdə yol kənarlarında dekorativ ağacların satılmasına yəqin ki, rast gəlibsiniz

Burada yerli bitki sortları ilə yanaşı, xaricdən gətirilmiş ağac və kollar da satılır. Əməkdaşlarımız belə satış mərkəzlərindən birində olub və qiymətlərlə maraqlanıblar.

Buradakı zeytun ağacları İspaniya və İtaliyadan gətirilir.

Satış mərkəzində Aralıq dənizi sahillərindən gətirilmiş palma və digər dekorativ bitkilər də var.

Bəzilərinin yaşları 100 ili keçir, qiymətləri isə 75 min manata qədər gedib çıxır.

Bir sözlə, Bakıda dekorativ bitkilərin satıldığı məntəqələrdə hər növdə və hər qiymətdə ağac və kollara rast gəlmək mümkündür.

Uzun illər bu sahədə fəaliyyət göstərən Ali Köksal deyir ki, bahalı ağaclar arasında Aralıq dənizi ölkələrindən, xüsusilə də İspaniya və İtaliyadan gətirilən zeytun ağacları üstünlük təşkil edir. Qiymətləri isə on minlərlə manatla ölçülür. Qiymətin bu qədər baha olması isə bu bitkilərin daha çox dekorativ olması və bir sıra xüsusiyyətləri ilə əlaqədardır.

Mütəxəssisin sözlərinə görə, bu ağaclar əkilərkən xüsusi qaydalara əməl edilməlidir. Daha sonra isə onların yetişdirilməsi və uzunömürlü olması üçün xüsusi qulluq göstərilməlidir.

Bu bitkilərin, xüsusilə də zeytun ağaclarının Abşeron yarmadasının iqliminə uyğunlaşdığı da bildirilir. (xezerxeber)

pia.az


Etiket: Bakı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Azərbaycanın Türkiyəyə yola salınmış amfibiya təyyarəsi İzmirə eniş edib - Video

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Ən çox oxunanalar