Sabah Bakıda 1 may aksiyası keçiriləcək
“Axar.az” xəbər verir ki, saat 17:30-18:00 arası Sabir bağında Beynəlxalq Zəhmətkeşlər Günü münasibəti ilə fləşmob formatında aksiyanın keçirilməsi planlaşdırılır.
Feysbuk sosial şəbəkəsində yaradılan “event”də hər bir işçi bu tədbirə dəvət olunub. Sitat: "Əzilənlərin və dünya işçilərinin Beynəlxalq Əmək Günü Sovetlərin dağılması ilə ölkəmizdə sürətli bir şəkildə unutdurulmağa çalışıldı. Əziz xalqımızı bu gözəl bayram münasibətilə 1 May günündə kütləvi tədbirlər keçirməyə və ona sahib çıxmağa, unutmamağa, yeni nəsillərə ötürülməsi üçün qeyd etməyə çağırırıq".