Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Türkmənbaşı-Bakı xəttində gəmi daşımaları tariflərinə endirim edilib

Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 1 716 ABŞ dolları deyil, 1 600 ABŞ dolları olacaq...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) martın 1-dən Bakı-Türkmənbaşı-Bakı xəttində iki tərəfə yük avtomaşınları (TİR) daşımaları tariflərinə endirim tətbiq edib.

Bu barədə ASCO məlumat yayıb.

Bir standart qoşqulu yük avtomobilinin (16,5 metr uzunluqda TİR) bir istiqamətdə (Bakı-Türkmənbaşı və ya Türkmənbaşı-Bakı) daşınması üçün tarif 1 072 ABŞ dolları əvəzinə 1 000 ABŞ dolları həcmində müəyyənləşdirilib.

"Sürücü hər iki istiqamətə əvvəlcədən bilet alarsa, tarif 1 716 ABŞ dolları deyil, 1 600 ABŞ dolları olacaq.

Təkərli texnikanın uzunluğu 16,5 metrdən çox və ya az olduğu halda, tariflər təkərli texnikanın uzunluğuna mütənasib qaydada hesablanacaq", - məlumatda deyilir.

ASCO qeyd edir ki, fevralın əvvəlindən sözügedən istiqamətdə minik avtomobilləri də endirimli tariflərlə daşınır. Hazırda minik avtomobilinin gəmi ilə daşınma qiyməti 325 ABŞ dolları deyil, 200 ABŞ dolları təşkil edir.

Bildirilir ki, tariflərin ucuzlaşması Türkmənistan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən əlverişli şəraitin yaradılmasına yönəlib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar