Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Sumqayıt qatarında “Mastercard”, “Apple Pay” və "Google Pay”lə ödəniş dayandırılıb

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard” beynəlxalq ödəniş sisteminə məxsus kartlarla ödənilməsi dayandırılıb...

PİA.az xəbər verir ki, kartla ödəniş etməyə çalışan sərnişinlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları bununla bağlı xəbərdarlıq edib.

Dəmir yolu işçilərinin sözlərinə görə, məhdudiyyət noyabrın 4-dən qüvvəyə minib və nə zaman aradan qaldırılacağı bilinmir.

ADY-nin Çağrı mərkəzindən “Report”a faktı təsdiq ediblər və qeyd ediblər ki, “Mastercard” vasitəsi ilə birbaşa, eləcə də "Apple Pay” və “Google Pay” üzərindən ödəniş etməmək tövsiyə edilir:

“Biz ümumiyyətlə “Apple Pay” və “Google Pay”ə rəsmi olaraq zəmanət vermirik. Yalnız kart ilə ödəniş etməyə tövsiyə edirik. Hazırda isə “Mastercard” kartı, “Apple Pay” və “Google Pay” cihazları ilə ödəniş edərkən turniket açılmayacaq. Problem var və onun aradan qaldırılması üçün işlər aparılır”.

“Mastercard” şirkətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, problemin aradan qaldırılması üçün banklarla işlər aparılır: “ADY-yə məxsus qatarlarda bank kartı ödənişlərinin qəbulu ilə bağlı bəzi qısamüddətli NFC problemlərinin olduğundan xəbərdarıq. Onları aradan qaldırmaq üçün banklarla yaxından təmasdayıq”.

pia.az 


Etiket: Qatar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar