Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Şəhər İcra Hakimiyyətində seminar-müşavirə keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunmuş seminar-müşavirə keçirilib

Müşavirəyə sədrlik edən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə təhsilə, xüsusi ilə də məktəbəqədər təhsil müəssisələrinə olan diqqət və qayğısının nəticəsində görülən işlər barədə məlumat vermişdir. Məktəbəqədər uşaq müəssisələrinin tikintisi, əsaslı təmiri və avadanlıqlarla təminatı işlərində Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edən Elgin Həbibullayev bildirmişdir ki, hazırda paytaxtda 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncam və tapşırıqları, həmçinin Heydər Əliyev Fondu tərəfindən son illərdə Bakı şəhərində 6 yeni uşaq bağçası, 3 bağça üçün əlavə korpus tıkilib, 16 bağça sökülərək yenidən tikilib, 206 bağça isə əsaslı təmir olunub. Onlar hər cür lazımi avadanlıq və inventarlarla təchiz olunmuşlar. Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan araşdırmalar nəticəsində paytaxtda təmirə ehtiyacı olan bağçalar müəyyənləşdirilərək onların əsaslı təmiri ilə bağlı tədbirlər hazırlanır.
Elgin Həbibullayev öz çıxışında həm də paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin avadanlıq və inventarlarla təchizatı, təlim-tərbiyə prossesi zamanı mövcud təlimatlara, metodiki göstərişlərə, gün rejimi normalarına, tədris proqramlarının tələblərinə əməl olunmasının vəziyyəti, uşaqların qidalanması, onlarda vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, fiziki tərbiyə məşğələlərinə, xüsusilə səhər gimnastikasının keçirilməsinə, estetik tərbiyə ilə bağlı həyata keşirilən tədbir və məşğələlərə, uşaqların bir şəxsiyyət kimi formalaşmasına yönəldilən tədbirlərə diqqətin artırılması, pedaqoji işçilərin yerləşdirilməsi və onların biliklərinin atrırılması, bağçalarda tərbiyəçi-uşaq münasibətlərinə, uşaqlara xususi qayğı ilə yanaşma və s. məsələlərə toxundu, bildirdi ki, şəhər rəhbərliyi tərəfindən bu müəssisələrin fəaliyyəti və buradakı bütün məsələlər ciddi nəzarətə alınıb və bütün sahələr üzrə yeniliklər və islhatların aparılması planlaşdırılıb. Həmçinin məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunda neqativ halların aradan qaldırılması, burada şəffaflığın təmin olunması ilə bağlı bağçalara qəbulun elektronlaşdırılması nəzərdə tutulmuşdur. Şəhərimizdəki bəzi bağçalarda məcburi köşkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər barədə məlumat verilib.

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində vəziyyət və mövcud problemlərin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev, Təhsil Nazirliyinin sektor müdiri Nərminə Alnağıyeva, bir sıra uçaq bağçalarının rəhbərləri çıxış edərək görülən işlərdən danışmış, problemlərlərin həlli ilə bağlı təkliflərini vermişlər.

Seminarda bağçaların fəaliyyətində bir sıra müsbət və mənfi məqamları əks etdirən video film nümayiş etdirilmiş, toplantı iştirakşılarının sualları cavablandırılmış, onlara Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış məktəbəqədər təhsil müəssisələrinin pedaqoji əməkdaşları üçün metodiki təlimat və tövsiyələr paylanmışdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Ən çox oxunanalar