Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Şəhər İcra Hakimiyyəti qışa hazırlaşır

Bakı Şəhər İcra Hakimiyyətində bu ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib. Paytaxtın kommunal, təsərrüfat və digər qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə payız-qış mövsümündə hava şəraitinin kəskin dəyişəcəyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən “Tədbirlər planı” təsdiq edilib.

Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının səyləri nəticəsində Bakı şəhərinin kommunal xidmət strukturlarının lazımı xüsusi təyinatlı müxtəlif texnika ilə təmin olunduğu və bu istiqamətdə aparılan işlərin davam etdirildiyini bildirmişdir. Qeyd edilib ki, paytaxt qurumları qış aylarında yarana biləcək problemləri dərhal operativ şəkildə həll etməlidir. Şəhər və rayon İcra Hakimiyyətinlərin, idarə və təşkilatların xüsusi texnikaları saz vəziyyətdə olmalı, kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılmalıdır.

Müşavirədə mövsümə hazırlıq məsələləri ilə bağlı aparılan ilkin yoxlamalar zamanı yol verilən nöqsanlara görə bəzi xidmət sahələrinin rəhbərləri ciddi xəbərdar edilmiş, çatışmamazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.

Müşavirədə payız-qış mövsümündə şəhərin ərazisinə nəzarətin gücləndirilməsi məqsədi ilə şəhər müvafiq cavabdeh ərazilərə bölünərək hər bir ərazi üzrə məsul şəxslər müəyyənləşdirilib, onlar arasında vəzifə bölgüsü aparılıb, bildirilib ki, hava şəraitinin kəskin dəyişəcəyi təqdirdə hər bir rəhbər şəxs öz iş yerində olmalı və yaranmış problemlərin həlli üçün konkret tədbirlər görməlidir.

Həmçinin paytaxt rayonlarında qışa hazırlıqla bağlı qərargahların yaradılması və aidiyyəti təşkilatların iştirakı ilə müşavirələrin keçirilməsi tapşırılıb və aidiyyəti strukturların üzərinə düşən konkret vəzifələr müəyyən edilib.

pia.az 


Etiket: Müşavirə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar