Bakı şəhər sakininin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.
Bu barədə PİA.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə noyabrın 5-də paytaxt sakini Y.Hacıməmmədovanın bank hesabından 785 manat pulunun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Nağıyev müəyyən edilərək tutulub.
pia.az