Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosundakı insidentə görə iki nəfər həbs edildi

Bir neçə gün əvvəl paytaxtın “Əhmədli” metro stansiyasında polislə insidentə  görə iki gənc həbs edilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə metronun platformasına daxil olmaq istəyən qızın çantasını polisin nəzarətində olan rentgen aparatına qoymaqdan imtina etməsindən sonra başlayıb.

Belə ki, gənc qız və yanındakı digər iki xanım polisin çantaları aparata qoymaqla bağlı tələbinə qarşı çıxıblar və mübahisə etməyə başlayıblar. Polislərin onları metroya buraxmadığını görən qız qardaşı, 1993-cü il təvəllüdlü S.Məmmədova (şərti soyadlı) zəng edib. Tanışı, 1991-ci il təvəllüdlü B.Əhmədovla birgə “Əhmədli” stansiyasına gələn S.Məmmədov orada polis əməkdaşları ilə kobud danışmağa, söyüş söyməyə başlayıb.

Daha sonra hər iki şəxs saxlanılıb və barələrində inzibati protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə 1 ay müddətinə inzibati həbs cəzası verilib. Onlar müvəqqəti saxlanma məntəqəsinə göndəriliblər.

Poliqon.info 


Etiket: Metro


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar