Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir

Azərbaycanda yeni tədris ilinin başlanması, eləcə də fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar sentyabrın 20-dən "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklər ediləcək.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Ümumən, “COVID-19” pandemiyası və ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə “Bakı Metropoliteni” fəaliyyətini Nazirlər Kabinetinin qərarları, tapşırıq və tövsiyələri, eləcə də müvafiq metodiki göstərişlər və digər tələbləri nəzərə almaqla qurub.

Bakı metrosu gücləndirilmiş iş rejimi şəraitində fəaliyyətini davam etdirəcək. Bu xüsusda, qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər edilərək dövrün xarakterinə uyğun və texniki cəhətdən mümkün hərəkət qrafiki tətbiq ediləcək. Gur saatlarda qatarlar arasında “Həzi Aslanov-28 May” sahəsində interval texniki cəhətdən mümkün həddə - 2 dəqiqəyə qədər azaldılacaq. Yaşıl və Qırmızı xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən, gur saatlarda qatarların intervalı “İçərişəhər” və “Dərnəgül” stansiyaları və əks istiqamətdə 4 dəqiqəyə qədər endiriləcək. Onu da əlavə edək ki, Bakı metropolitenində, ənənə üzrə, gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.

Bununla belə, pandemiya şəraiti davam etdiyindən müvafiq mümkün texniki tədbirlərin yerinə yetirilməsi, o cümlədən hərəkət qrafiki ciddi nəzarətdə saxlanılacaq. “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar nəzərdə tutulacaq. Müvafiq monitorinqlər müntəzəm davam etdirilərək, sərnişin sıxlığı və axın istiqamətləri, eləcə də digər məsələlər öyrəniləcək. Zərurət yarandıqda, ehtiyat qatarlar xəttə buraxılacaq.

Ümumən, metropoliten xətlərində gündəlik yoxlama-nəzarət və monitorinqlər davam etdirilməklə, dövrün xüsusiyyətlərindən irəli gələn məsələlər nəzarətdə saxlanılacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar