Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Limanı Çinin ən böyük limanlarından biri ilə memorandum imzalayıb

Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı ilə anlaşma memorandumu imzalayıb...

“Report” xəbər verir ki, sənəd Çin limanının daxil olduğu Şandonq Port Qrupunun İdarə Heyətinin Sədri və Baş Direktoru Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyətinin ötən gün Azərbaycana başlamış 3 günlük işgüzar səfəri çərçivəsində imzalanıb.

Səfərin məqsədi Qrupla Azərbaycanın bir sıra dövlət orqanları və qurumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud olan biznes və ticarət imkanlarının daha da genişləndirilməsi barədə müzakirələr aparmaqdır. Memorandumun əsas məqsədi isə Azərbaycandan keçən “Orta Dəhliz” vasitəsi ilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adı çəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir.

Sənədin şərtlərinə əsasən, tərəflər liman işinin təşkili və biznes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək, ən yaxşı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edəcəklər. Eyni zamanda limanlar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədi ilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçirilməsi də nəzərdə tutulur. Anlaşma memorandumuna görə, həm də Qinqdao Limanından Yaponiya və Cənubi Koreyadan gələn yüklərin “Orta Dəhliz” vasitəsi ilə Azərbaycandan daşınması mümkün olacaq.

Qinqdao limanının tərkibinə 5 liman ərazisi daxildir. Bunlar “Qinqdao Daqanq Liman ərazisi” , “Huanqdao” neft ərazisi ”, “Qianvan” liman ərazisi”, “Donqjiakou liman ərazisi” və “Veihai” liman əraziləridir. Liman Çinin ilk tam avtomatlaşmış konteyner terminalını inşa edib ki, burada bütün yükaşırma insan müdaxiləsi olmadan həyata keçirilir. Yükaşırmada tətbiq olunan süni intellekt və 5G texnologiyaları vasitəsi ilə liman keçən il 26 million TEU konteyner aşırıb. Yükaşırmasına görə Qinqdao limanı Çinin 3-cü ən böyük limanıdır. Şandonq Port Qrupu isə Çin daxilində və ondan kənarda ən sürətlə inkişaf edən beynəlxalq şirkətdir. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində əhəmiyyətli paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə rekorda həcmdə illik 1,6 milyarda tondan çox yük aşırıb və bu göstərici hər il daha da artır. Üstəlik bu limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşırarıq dünya üzrə ən çox konteyner aşıran 3-cü liman olub.

Poliqon.info


Etiket: Çin Azərbaycan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bakıda avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - Video

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Ən çox oxunanalar