Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azәrbaycanda elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq

Sumqayıt Kimya Sәnaye Parkında Çinin “BYD Company Limited” şirkәti ilә әmәkdaşlıq çәrçivәsindә elektrik mühәrrikli avtobusların istehsalına başlanılacaq...

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nәqliyyat sisteminin daha tәhlükәsiz, ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması Azәrbaycanın dayanıqlı inkişafının hәdәflәrindәndir. Bu mәqsәdlә İqtisadiyyat vә Rәqәmsal İnkişaf vә Nәqliyyat nazirliklәri tәrәfindәn ölkәmizin avtobus parkının yenilәnmәsi istiqamәtindә işlәr görülür. Azәbaycanda avtobus parkının yerli istehsal hesabına tәmin edilmәsi mәqsәdilә Çinin “BYD Company Limited” (BYD) şirkәti ilә әmәkdaşlığa başlanılır. BYD şirkəti təqdim edilən təkliflər əsasında Çin, Rusiya və Macarıstanın bu sahə üzrə ixtisaslaşmış 9 şirkəti arasından seçilib.

Elektrik avtobuslarının istehsalı layihәsindә “Azәrbaycan İnvestisiya Şirkәti” ASC payçı kimi iştirak edәcәk. Layihә üzrә BYD şirkәtinin yerli tәrәfdaşı “SARDA Group” şirkәtlәrinә mәxsus “Electrify Azerbaijan” MMC-dir. BYD şirkәti tәrәfindәn Sumqayıt Kimya Sәnaye Parkında qurulacaq zavodda elektrik mühәrrikli avtobusların istehsalına ilkin olaraq 34 mln. ABŞ dolları hәcmindә investisiyanın qoyulması nәzәrdә tutulub. Şirkәt tәrәfindәn daxili tәlәbat vә ixrac imkanları nәzәrә alınmaqla illik istehsal hәcminin 500 әdәd olması nәzәrdә tutulur. Layihә çәrçivәsindә 800 yeni iş yerinin yaradılması planlaşdırılır.

İstehsalın 3-cü ilindәn şirkәt tәrәfindәn istehsal edilәcәk elektrik mühәrrikli avtobusların ehtiyat hissәlәrinin istehsalının lokallaşdırılması nәzәrdә tutulub vә bu, 2030-cu ilәdәk avtobusların ümumi maya dәyәrinin 40%-ni tәşkil edәcәkdir. Artıq bununla әlaqәdar yerli potensialın reallaşdırılması imkanlarının araşdırılmasına başlanılıb.


Avtobusların yerli istehsalına 2025-ci ildә başlanılacaqdır. Bundan әlavә, 2024-cü ilin noyabr ayında Azәrbaycanda keçirilәcәk COP29 tәdbiri çәrçivәsindә BYD şirkәtinin elektrik mühәrrikli avtobuslarının ölkәmizә gәtirilmәklә istismara verilmәsi nәzәrdә tutulur.

Gәlәcәkdә BYD şirkәti ilә әmәkdaşlıq üzrә aşağı tonnajlı yük elektrik avtomobillәrinin, kommunal tәsәrrüfat üçün elektrik mühәrrikli avtonәqliyyat vasitәlәrinin, elektrik mühәrrikli minik avtomobilinin istehsalı vә elektrik enerjisinin saxlanması üçün batareyaların yığımı kimi sahәlәrdә әmәkdaşlıq planlaşdırılır. Bu layihәlәrә şirkәt tәrәfindәn tәqribәn 60 milyon ABŞ dolları mәblәğindә әlavә investisiyanın yatırılması planlaşdırılır.

Qeyd edәk ki, 1995-ci ildә yaranmış BYD şirkәti 2023-cü ildә 3 milyon yeni enerji avtomobilinin rekord satışını hәyata keçirmәklә dünya birincisi olub. Şirkәt avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bәrpa olunan enerji vә dәmir yolu nәqliyyatı sahәlәrindә son yeniliklәri tәtbiq edәn dünyamiqyaslı aparıcı texnologiya şirkәtlәrindәn biri hesab olunur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar