Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-nin xalis zərəri 30% azalıb

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2020-ci ili 1,819 milyon manat xalis zərərlə başa vurub.

PİA.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 30% azdır.

2020-ci ildə AzTV-nin gəlirləri 34,369 milyon manat (2019-cu illə müqayisədə 0,4% çox), o cümlədən qeyri-birja əməliyyatlarından gəlirləri (dövlət büdcəsindən ayırmalar) 33,983 milyon manat (3,2% çox), birja əməliyyatlarından gəlirləri 385 min manat (28,8% az), sair əməliyyat gəlirləri isə 2 min manat (414 dəfə az) təşkil edib.

İl ərzində səhmdar cəmiyyətinin xərcləri isə 36,163 milyon manat (1,6% az), o cümlədən sərf etdiyi materialların dəyəri 698 min manat (31,4% az), əmək haqqı xərcləri 20,574 milyon manat (8,2% çox), amortizasiya xərcləri 4,524 milyon manat (6,7% az), sair əməliyyat xərcləri isə 10,366 milyon manat (12,6% az) təşkil edib.

2020-ci ildə AzTV 25 min manat mənfəət vergisi ödəyib ki, bu da 2019-cu illə müqayisədə 3,7 dəfə azdır.

2021-ci i il yanvarın 1-nə səhmdar cəmiyyətinin aktivləri 24,187 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 58,8% azalaraq 1,052 milyon manata, balans kapitalı isə 7,3% azalaraq 23,135 milyon manata düşüb.

Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar