Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aztelekom” MMC: “Məlumatları təqdim edin, araşdırılacaq”

“Aztelekom” ötən gün yerli mətbuatda yayımlanan ““Aztelekom”da maliyyə fırıldağı” adlı məqaləyə rəsmi mövqe bildirib.

PİA.az həmin mövqeyi olduğu kimi oxucularının diqqətinə təqdim edir:

“İlk öncə xidmət sahəmizlə bağlı məlumatları işıqlandırdığınız və bizi daha keyfiyyətli xidmət göstərməyə təşviq etdiyiniz üçün təşəkkürümüzü bildiririk.

Məlumat üçün bildiririk ki, ötən ilin sentyabr ayında “Aztelekom” MMC telekommunikasiya xidmətlərinin müasir dövrün tələblərinə uyğun təşkili məqsədi ilə internet tariflərində dəyişiklik edib. Bu zaman ADSL texnologiyası əsasında xidmət alan istifadəçilər üçün internetin sürəti artırılıb, aylıq ödəniş haqqı minimum 35 %-dək endirilib. https://www.aztelekom.az/az/menu/20-tarifler

Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağırhəcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.

Tətbiq edilmiş yeni tariflər barədə istifadəçilərin Kütləvi İnformasiya Vasitələri və sosial media hesablarımız üzərindən məlumatlandırılması təmin edilib.

Tarif dəyişikliyi zamanı mövcud istifadəçilərin internet tarifləri olduğu kimi saxlanılıb. Bu məqsədlə vətəndaşların məlumatlandırılması üçün tərəfimizdən mütəmadi “telesatış” zəngləri təşkil edilir. İstifadəçilərə virtual dərslərə qoşulma, onlayn oyunlar, böyük həcmli yükləmələr zamanı çətinliklərin yaranmaması üçün internet sürətini könüllü şəkildə, sərfəli şərtlərlə artırmaları tövsiyə edilir.

Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan da yenilənmiş tariflərə qoşula bilirlər. “Aztelekom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti alan bütün istifadəçilər yararlana bilirlər.

“Aztelekom” MMC xidməti ərazisinə daxil olan Bakıətrafı qəsəbələrdə və regionlarda telekommunikasiya xidmətlərinin müasir standartlarla təşkili istiqamətində genişzolaqlı optik şəbəkənin inşasını həyata keçirir. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network–Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır https://www.aztelekom.az/az/menu/140-tarifler

Redaksiyanızdan Abşeron rayonu Digah və Mehdiabad qəsəbələrində optik xidmətlərə qoşulma zamanı 200-250 AZN tələb olunan vətəndaşların məlumatları təqdim olunarsa tərəfimizdən müvafiq araşdırma aparılacaq və zəruri tədbirlər görüləcək.

Əlavə olaraq bildirək ki, “Aztelekom” MMC internet tariflərini dünya bazarında müşahidə edilən qiymətlər əsasında tənzimləyir. ADSL texnologiyasının məhdud imkanları çərçivəsində yüksəksürətli xidmətlərin göstərilməsində çətinlik yaranır. Gələcəkdə optik şəbəkəyə tam keçid qiymətlərin nizamlanmasını daha da asanlaşdıracaq.

Davamlı yüksək xidmət keyfiyyətinin saxlanılması və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə Aztelekom-un müraciətlərin qəbulunu 24/7 həyata keçirən 170 Çağrı Mərkəzi, sosial şəbəkələrdə hesabları (www.facebook.com/Aztelekom https://twitter.com/AztelekomMMC https://www.instagram.com/aztelekom_llc/ ) mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Ən çox oxunanalar