Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsu”: Yasamaldakı qəzanın nəticələri günün sonuna tam aradan qaldırılacaq

Qəza ilə bağlı əhalinin su təchizatında heç bir çətinlik yoxdur...

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində baş vermiş qəza ilə bağlı təmir-bərpa işləri davam edir, qəzanın nəticələri bu günün sonuna tam aradan qaldırılacaq”.

PİA.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.

O, ərazidə yerləşən obyektlərə dəymiş ziyanla bağlı məsələyə də münasibət bildirib.

“Kompensasiya məsələsini “Azərsu” həll etmir. Bu, sığorta ilə bağlı məsələdir”, - qurum rəsmisi bildirib.

***

Bu gün səhər saatlarında Bakının Yasamal rayonunun Əsəd Əhmədov və Ülvi Bünyadzadə küçələrinin kəsişməsindəki 1 400 millimetrlik su kəmərində baş vermiş qəzaya görə paytaxtın heç bir yerində su təchizatı dayandırılmayıb.

Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin operativ idarəetmə şobəsinin rəisi Yaşar Bəşirov bildirib.

"Qəza ilə bağlı əhalinin su təchizatında heç bir çətinlik yoxdur. Badamdar qəsəbəsində bizim 2 su anbarımız və kifayət qədər su ehtiyatımız var. Qəza baş verən andan mərkəzi su anbarından kəmərə suyun verilişi dayandırılıb. Hazırda axıntı dayanıb və "Azərsu"nun qəza birqadası hadisə yerinə cəlb olunub. Qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər görülür", - o deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Azərbaycanda gələn il dövlət büdcəsi 40 milyard manata yaxın olacaq

Dənizkənarı Bulvar İdarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycanın iqtisadi artım proqnozu açıqlanıb

Ən çox oxunanalar