Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərlotareyanın xalqdan yığdığı pullar Hollandiyada ofşora daşınır - Sensasion təfərrüat

Ölkəni başına alan “Poz, qazan” və “Misli” qumarını təşkil edən şirkətlərlə bağlı yeni məlumatlar üzə çıxmaqdadır.

Ölkəni kazinoya çevirən “Azərlotereya” ASC-nin Türkiyənin “Dəmirörən” şirkəti ilə müqavilə bağladığı bilinsə də, əslində, müqavilənin birbaşa “Dəmirörən” holdinqlə bağlanmadığı təsbit edilib. Məlum olub ki, Hollandiyada yaradılan bir ofşor şirkəti ilə saziş bağlanıb. Bu da qaranlıq işlərə və qeyri-şəffaflığa yol açan faktordur. Beləliklə, Azərbaycan xalqından çıxarılan pullar Hollandiyada qurulan və hara xərcləndiyi bilinməyən yerlərə gedir.

Bundan əlavə, faktiki olaraq “Poz, qazan” onlayn şəkildə oynanılacaq kazino fəaliyyətidir. Kazino fəaliyyəti də mövcud qanunvericiliklə qadağan olunub və cinayət məsuliyyəti yaradır.

Üstəlik, “Azərlotereya” haqqında Prezidentin fərmanı əsasında oyun qaydaları hazırlanıb təqdim olunmalıdır, və qanun.az saytında yerləşdirilməlidir. Əgər vətəndaşla şirkət arasında hansısa anlaşılmazlıq yaranarsa vətəndaşın istinad edəcəyi qanunvericilik bazası olmalıdır. Lakin Azərlotereya bunu bilərəkdən həyata keçirir ki, vətəndaşla yaranan məsələ problem olaraq qalsın. Ümumiyyətlə, Hollandiyada qurulan şirkətlə müqavilə qara işləri görmək üçün bağlanıb. Bu şirkətin Hollandiyada yaradılması pulların təkcə ölkə xaricinə axması demək deyil, həm də bu oyunu oynayan Azərbaycan vətəndaşlarının şəxsi və bütün bank məlumatlarının xarici şirkətlərin əlinə keçməsi deməkdir. Bu məlumatların isə sonradan həmi şirkətləri himayə edən və ərazisində fəaliyyət göstərdiyi xarici xüsusi xidmət orqanlarının əkinə keçməyəcəyinə kimsə zəmanət verə bilməz.(tia.az)

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bakıda avtobuslar üçün çəkilən zolaq obyekt sahiblərini narahat edir - Video

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Ən çox oxunanalar